Əbülfəs Qarayev: “Azərbaycanda yüksəksəviyyəli turizm xidməti formalaşıb” | 1news.az | Xəbərlər
Cəmiyyət

Əbülfəs Qarayev: “Azərbaycanda yüksəksəviyyəli turizm xidməti formalaşıb”

17:37 - 07 / 04 / 2016
Əbülfəs Qarayev: “Azərbaycanda yüksəksəviyyəli turizm xidməti formalaşıb”

“Hazrıda Azərbaycanda yüksəksəviyyəli turizm xidməti tamamilə formalaşıb”.

1news.az-ın verdiyi xəbərə görə, bu haqda Bakıda açılışı olan “Turizm və səyahət” AİTF-2016 adlı 15-ci Beynəlxalq Azərvaycan sərgisi zamanı mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib.

Onun sözlərinə görə, Azərbaycan Turizm və Menecmetlik Universiteti, Mingəçevir Turizm Kolleci, Bakı Turizm Məktəbinin məzunları hazırda yüksək səviyyədə–bələdçilikdən başlayaraq beşulduzlu otellərin və digər luks turizm infrastrukturlarında turizm xidmətləri nümayiş etdirə bilərlər.

“Bunu utanmazdan deyə bilrəm ki, bu yaxınlarda Azərbaycanı Fars Körfəzi ölkələrinin iri turizm sərgisində nümayiş etdirərkən ölkəmizə səfər etmiş bütün insanlar bəyan etdilər ki, respublikanızda tamamilə formalaşmış, yüksəksəviyyəli turizm xidməti var.

Bu, sevindirici faktdır, bu cürrəylər bizi sevindirir və inanıram ki, Azərbaycan turizminin inkişafı prosesi davam edəcək. AİTF kimi sərgilər isə daha da yüksəksəviyyəli turizm xidmətlərini təşkil edəcək”, - Ə.Qarayev bildirib.

Qeyd edək ki, turizm biznesi sahəsində peşəkarlar üçün hazırlanmış aparıcı sərgi - “Turizm və səyahət” AİTF-2016 adlı 15-ci Beynəlxalq Azərbaycan sərgisi öz qapılarını aprelin 7-də Bakı Ekspo Mərkəzində açdı.

Sərgi Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin birbaşa dəstəyilə keçirilir.

Bu il yubiley olan AİTF dünyanın 29 ölkəsindən 330 şirkəti, ümumi olaraq turuzmin 80 istiqaməti üzrə nümayəndəsini qarşılayır.

Bolqarıstan, Gürcüstan, Dominikan Respublikası, Hindistan, İndoneziya, İran, İspaniya, Serbiya, Tayland, Türkiyə, Xorvatiya, Çernoqoriya və Çexiya sərgidə milli pavilyonlarını tutublar. İlk dəfə olaraq onlara Belorus və Ukrayna da qoşulub. Stavropol vilayəti, Kataloniya (İspaniya) və Yurmala (Latviya) ayrıca regional stend olaraq nümayiş olunublar.

Bu il iştirakçılar arasında – Azərbaycanda akkreditasiya keçmiş İndoneziya və Türkiyənin səfirlikləri, həmçinin beynəlxalq assosiasiyalar, sənaye-ticarət palataları və dövlət müəssisələri, məsələn, Latviyanın otel və restoranlar assosiasiyası, Türkiyənin Otelçilər Assosiasiyası (TUROB), Türkiyənin Birləşmiş Turizm Agentlikləri (TURSAB), Turizmin inkişafı üzrə Riqa bürosu (Latviya), Türkiyənin Bursa, Konya, İzmir, Ərzurum və Trabzon şəhərlərinin bələdiyyələri də qoşulub.

Ümumi iştirakçıların 33%-ni debutantlar təşkil edir. Onların arasında - Belarus, İtaliya, İordaniya, Malayziya, Türkiyə, Çernoqoriya və digər ölkələrin otel və şirkətləri var.

Bahar mövsümünün ilk sərgisi olaraq AİTF danışıqlar, görüş, fikir mübadiləsi və turizm sahəsində təkliflər üçün mərkəz sahəsi olacaq. Sərgi iştirakçıları müxtəlif turizm sahəsi üzrə ekskluziv təkliflər təqdim edəcək. Bunlar - turizm agentlikləri, aviaşirkətlər, milli və regional turizm təşkilatları, otel zəncirlər, xaricdə daşınmaz əmlak agentliyi,sağlamlıq-terapevtik və SPA mərkəzləridir.

AİTF ilə paralel olaraq Bakı Ekspo Mərkəzdə “Hər şey otel, restoran və supermarketlər üçün” - HOREX Caucasus-2016 adlı 10-cu Beynəlxalq Qafqaz – Xəzəryanı dövlətlər arasında qonaqpərvərlik üzrə ixtisaslaşmış yeganə sərgi də keçirilir.

HOREX Caucasus-2016 sərgisində mehmanxana ləvazimatları, tekstil və uniformalar, gigyenik vasitələr, ərzaqların uzun müddət saxlanılması üçün şok-kameralar, HoReCa qonaqpərvərik sektoru üzrə peşəkar təmizlik xidmətləri nümayiş olunur.

Həmçinin HOREX Caucasus-2016 sərgisində qısazamanərzindəmehmanxana sahəsində istehsalçılar və distribütorlarla tanış olmağa, sərfəli müqavilələr imzalamağa imkanlar var.

Peşəkarlar üçün açılmış AİTF-2016 və HOREX Caucasus-2016 sərgiləri 7-9 aprel tarixlərinə qədər fəaliyyət göstərəcək. Bütün iştirakçılar üçün isə sərgilər aprelin 9-da açıq olacaq.

1news.az

Paylaş:
1122

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər