Alman-Azərbaycan Mədəniyyət Assosiasiyası Almaniya kütləvi informasiya vasitələrinə müraciət edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Alman-Azərbaycan Mədəniyyət Assosiasiyası Almaniya kütləvi informasiya vasitələrinə müraciət edib

10:44 - 07 / 04 / 2016
Alman-Azərbaycan Mədəniyyət Assosiasiyası Almaniya kütləvi informasiya vasitələrinə müraciət edib

Alman-Azərbaycan Mədəniyyət Assosiasiyası Ermənistan silahlı bölmələrinin  cəbhə xəttində törətdiyi hərbi təxribatlarla əlaqədar Almaniyanın kütləvi informasiya vasitələrinə bəyanat göndərib.

1news.az-ın məlumatına görə, bəyanatda bildirilir ki, aprelin 1-dən 2-ə keçən gecədən başlayaraq  Ermənistan silahlı bölmələrinin Azərbaycan Ordusunun mövqelerini iriçapli silahlardan, artilleriya və tanklardan atəşə tutması Almaniyada yaşayan azərbaycanlıların ciddi narahatlığına səbəb olub. Həmçinin qeyd olunub ki, Azərbaycanın  dinc sakinləri arasında tələfatla nəticələn təxribat zamanı cəbhəyə yaxın ərazilərdə  əhalinin əmlakına  da böyük miqyasda  ziyan dəyib.

Bəyanatda həmçinin, ermənilərin uzun illərdir azərbaycanlılara qarşı həyata keçirdiyi təcavüzkarlıq siyasəti pislənilib və bildirilib ki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnaməyə əməl etməyən  Ermənistan hərbi birləşmələri işğal etdiyi Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmalıdır.

Bəyanatda Ermənistanın işğalı altında olan Azərbaycan əraziləri barədə məlumat verilib, Ermənistanın nümayiş etdirdiyi qeyri-konstruktiv mövqenin dünya azərbaycanlıları tərəfindən qəti şəkildə pislənildiyi deyilib.

1news.az

Paylaş:
422

Son xəbərlər

Bütün xəbərlər