AMEA ilə Memarlıq və İnşaat Universiteti arasında anlaşma memorandumu imzalanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

AMEA ilə Memarlıq və İnşaat Universiteti arasında anlaşma memorandumu imzalanıb

23:52 - 07 / 04 / 2016
AMEA ilə Memarlıq və İnşaat Universiteti arasında anlaşma memorandumu imzalanıb

Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutu (GGİ) ilə Memarlıq və İnşaat Universiteti (AMİU) arasında anlaşma memorandumu imzalanıb.

1news.az "Report"a istinadən bildirir ki, bu barədə AMEA Geologiya və Geofizika İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Məlumata görə, məqsəd geologiya elminin qarşılıqlı maraq doğuran istiqamətlərində, o cümlədən innovasiya mühitində kadrlar hazırlamaq və birgə elmi tədqiqatlar aparmaqdır. Sənədə əsasən, tərəflər hər iki müəssisənin maddi-texniki bazasından və kadr potensialından birgə istifadə edəcək. Əməkdaşlıq çərçivəsində müvafiq fakültə, kafedra, şöbə və laboratoriyalarda ixtisaslar və ixtisaslaşmalar üzrə tələbə, magistrant və doktorantlar üçün tədris, elmi-tədqiqat və istehsalat təcrübələrinin keçilməsi təşkil olunacaq.

Bunlardan əlavə, GGİ-də AMİU-nun müvafiq baza kafedrasının yaradılması, müştərək elmi simpozium, seminar və konfransların təşkili, həmçinin beynəlxalq və yerli layihələrdə, proqramlarda birgə iştirak da nəzərdə tutulur. Tərəflər ortaq şəkildə elmi əsər, monoqrafiya, dərslik və dərs vəsaitləri də yazacaqlar. Memorandum 5 il müddətinə imzalanıb.

Paylaş:
3042

Son xəbərlər

RİNN-in saytında COP 29-la bağlı bölmə yaradılıb04 / 11 / 2024, 17:52İstanbulda “Səninləyik, Türkiyə” kitabının təqdimatı keçirilib04 / 11 / 2024, 17:50İran Prezidenti Bakıda keçiriləcək COP29-da iştirak edəcək04 / 11 / 2024, 17:47Küləkli hava ilə bağlı gəmilərə xəbərdarlıq edildi04 / 11 / 2024, 17:31Rəşad Məcid: “Yeni telekanalda yüksək səviyyəli komanda formalaşdırılıb”04 / 11 / 2024, 17:23Maya Sandu 55,41 faiz səslə qalib gəlib04 / 11 / 2024, 17:14Kapital Bank-ın dollar istiqrazlarına maraq böyükdür04 / 11 / 2024, 17:12ASCO yaxın 3 ildə 65 köhnə gəmini donanmasından çıxaracaq04 / 11 / 2024, 17:10AFFA rəsmisi UEFA Konfrans Liqasının oyununa təyinat alıb04 / 11 / 2024, 16:52Bakıda restoranda yanğın olub04 / 11 / 2024, 16:45Mastercard və ABB dayanıqlılıq hakatonuna başlayır04 / 11 / 2024, 16:24COP29 üçün Azərbaycana gələnlərə viza pulsuz veriləcək - RƏSMİ04 / 11 / 2024, 16:22ADY ötən ilin rekordunu təzələyir - 6,9 milyondan çox sərnişin daşınıb04 / 11 / 2024, 16:09Leysan yağacaq, çaylardan sel keçəcək - Növbəti iki günlə bağlı XƏBƏRDARLIQ04 / 11 / 2024, 15:52Xəzərdə Azərbaycan-İran birgə təlimi keçirilib - FOTO04 / 11 / 2024, 15:42Hərbi prokuror hərbi qulluqçularla görüşüb04 / 11 / 2024, 15:36İrandan Azərbaycana 16 kq çox narkotikin keçirilməsinin qarşısı alınıb04 / 11 / 2024, 15:19Dönərin bişirildikdən sonra yararlılıq müddəti 12 saata qədər müəyyən edilib04 / 11 / 2024, 14:24YPX avtomobilləri də texniki baxışdan keçirildi - VİDEO04 / 11 / 2024, 14:10Azərbaycan - Estoniya oyununun biletləri satışa çıxarıldı04 / 11 / 2024, 14:02
Bütün xəbərlər