Maksim Şevçenko: “Azərbaycan ordusu ilə hesablaşmamaq olmaz” | 1news.az | Xəbərlər
Siyasət

Maksim Şevçenko: “Azərbaycan ordusu ilə hesablaşmamaq olmaz”

00:23 - 07 / 04 / 2016
Maksim Şevçenko: “Azərbaycan ordusu ilə hesablaşmamaq olmaz”

“Rusiya Federasiyası həm Azərbaycan xalqı ilə, həm də erməni xalqı ilə sıx bağlıdır və biz qan tökülməsini istəməzdik. Hərçənd, cəmiyyətimiz parçalanıb – hər birimizin azərbaycanlılar arasında da dostumuz var, ermənilər arasında da. Mənim dostlarım arasında azərbaycanlılar da var, ermənilər də. İstəyirəm ki, bütün siyasi məsələlər sülh yolu ilə həll edilsin”.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bunu Rusiyalı məşhur jurnalist, Rusiya Federasiyası Prezidenti yanında Vətəndaş cəmiyyətinin inkişafı və insan hüquqları şurasının üzvü Maksim Şevçenko deyib.

O xatırladıb ki, belə məsələlərin dinc yolla həllinin təməli Minsk deklarasiyası ilə qoyulub. Bu deklarasiyanın əsas bəndləri belədir: erməni qoşunlarının Dağlıq Qarabağ hüdudlarından çıxarılması, qaçqınların qaytarılması və Dağlıq Qarabağın statusu haqqında referendumun keçirilməsi. Mənim fikrimcə, bu, çox ağlabatan platformadır. Bütövlükdə həmin platformanı Bakı da qəbul etmişdi, Yerevan da, lakin sonradan erməni tərəfin təqsiri üzündən bu məsələ pozuldu. Son hadisələrdən sonra mənə belə gəlir ki, Minsk platformasının sadəcə alternativi yoxdur”.

M.Şevçenko vurğulayıb: Qarabağda döyüşlər gedən bu günlər göstərdi ki, uğurla başa çatacaq sülh prosesini ən yüksək səviyyədə təşkil etməyə qabil olan yeganə dövlət Rusiyadır. M.Şevçenkonun fikrincə, Azərbaycan ordusu ən müasir silahlardan istifadə etməklə ən mürəkkəb məsələləri həll etməyi bacarar. Rusiyalı jurnalist deyib:

“Pilotsuz uçan zərbə qurğuları Rusiya Federasiyasının silahları arasında da çox deyil. İsraildə istehsal edilmiş pilotsuz uçuş qurğuları çox müasir və yüksək texnologiyalara əsaslanan silahdır. Onların tətbiq edilməsi göstərdi ki, Azərbaycan ciddi hərbi məsələləri həll edə bilir, Azərbaycan qoşunları onilliklər boyu möhkəmlənmiş müdafiə xətti boyunca mövqelər tuta bildilər. Bu ordu ilə hesablaşmamaq olmaz”.

Lakin rusiyalı jurnalistin fikrincə, müasir şəraitdə uzun sürən müharibədə hərbi uğurlar qazanmaq mümkün deyil. M.Şevçenko deyib: “Dağlarda müharibə isə həmişə uzun sürür. Mənim fikrimcə, bir-birini əldən salmaq məqsədi güdən müharibə nə Azərbaycanın xeyrinədir, nə də Ermənistanın. İndi diplomatiya dövrüdür və əminəm ki, Rusiya Qarabağ məsələsinin tənzimlənməsində mühüm rol oynayacaq”.

Jurnalist son hadisələrin Rusiya KİV-lərində qərəzli şəkildə işıqlandırılması barədə sualın cavabında deyib:

“Rusiyada müxtəlif KİV-lər var. Jurnalistlər arasında ermənilər də var, məşhur azərbaycanlılar da. Bəzi insanlar bu və ya digər səbəblər üzündən bu və ya digər tərəfə rəğbət bəsləyir. Etnik azərbaycanlılardan və ya ermənilərdən öz tarixi vətənlərini dəstəkləməmələrini tələb etmək çətindir. Təəssüf ki, beynəlmiləlçilik dövrü keçmişdə qalıb, bu gün siyasətin trendləri başqadır. Ümid edirəm ki, həm Azərbaycanda, həm də Ermənistanda bu hadisələri məhdud perspektivli etnik təbliğat baxımından deyil, qlobal proseslər baxımından qiymətləndirən insanlar tapılacaq. Bu, asan məsələ deyil, lakin bunu kim edə bilsə, gələcək onundur”.

1news.az

Paylaş:
638

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər