Ümumrusiya Azərbaycan Konqresi Rusiya hakimiyyətinə müraciət ünvanlayıb | 1news.az | Xəbərlər
Siyasət

Ümumrusiya Azərbaycan Konqresi Rusiya hakimiyyətinə müraciət ünvanlayıb

12:32 - 07 / 04 / 2016
Ümumrusiya Azərbaycan Konqresi Rusiya hakimiyyətinə müraciət ünvanlayıb

Ümumrusiya Azərbaycan Konqresi,  millətlərarası münasibətlər üzrə Rusiya Federasiyası Prezidenti yanında Məsləhət Şurasının dövlət milli siyasətinə informasiya nəzarəti üzrə komissiyasının sədri Ara Abramyanın Azərbaycan əleyhinə verdiyi bəyanatlarla əlaqədar Rusiya hakimiyyətinə müraciət ünvanlayıb.

1news.az-ın məlumatına görə, A.Abramyan öz bəyənatlarında Azərbaycanı təcavüzkar adlandıraraq Azərbaycan rəhbərliyi haqqında tənqidi fikirlər söyləyib, həmçinin öz həmvətənlərini Azərbaycan Respublikasının Rusiyadakı səfirliyi qarşısında etiraz aksiyası keçirməyə çağırıb.

Ümumrusiya Azərbaycan Konqresi müraciətdə diqqətə çatdırır ki, A.Abramyanın bu hərəkəti millətlərarası zəmində qarşıdurmalarla nəticələnə bilər.

“Milliyətcə erməni olan Ara Abramyanın bu çağırışı  Rusiya ictimaiyyətində narahatlıq doğurur. Bundan başqa, Ara Abramyanın millətçi şüarları və cağırışları nəinki bütün millətlərin sülh və həmrəylik şəraitində yaşadığı Rusiyanın milli siyasətinə, eləcə də məhz Ara Abramyanın sədrlik etdiyi millətlərarası münasibətlər üzrə Rusiya Federasiyası Prezidenti yanında Məsləhət Şurasının dövlət milli siyasətinə informasiya nəzarəti üzrə komissiyasının prinsiplərinə də ziddir.

Ümumrusiya Azərbaycan Konqresi Rusiya hökümətindən Ara Abramyanın hərəkətlərinə diqqət yetirməyi və gələcəkdə bu kimi hadisələrin qarşısını almaq üçün ona qarşı müvafiq tədbirlər görməyi xahiş edir”- deyə, müraciətdə qeyd olunub.

1news.az

Paylaş:
671

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər