Macarıstanın parlament partiyası Qarabağın işğaldan azad olunmasını tələb edib | 1news.az | Xəbərlər
Siyasət

Macarıstanın parlament partiyası Qarabağın işğaldan azad olunmasını tələb edib

12:37 - 07 / 04 / 2016
Macarıstanın parlament partiyası Qarabağın işğaldan azad olunmasını tələb edib

Macarıstanın qanunverici orqanında təmsil edilmiş ikinci ən böyük fraksiya olan “Daha yaxşı Macarıstan uğrunda” partiyası aprelin 6-da bəyanat yayaraq Qarabağda Azərbaycan ordusu ilə işğalçı erməni silahlı qüvvələrinin təmas xəttində vəziyyətin kəskinləşməsinə görə narahatlığını bildirib.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, görkəmli partiya xadimi, Macarıstan Parlamentinin xarici siyasət komitəsi sədrinin mavini, AŞPA üzvü Marton Döndöşi tərəfindən hazırlanmış sənəddə deyilir:

“Ermənistan ilə Azərbaycan arasında münaqişə Ermənistanın beynəlxalq hüquq normalarını pozmaqla Dağlıq Qarabağı və onun ətrafındakı 7 rayonu işğal etməsindən sonra başlanıb. Yüz minlərlə azərbaycanlı qaçqın düşərgələrində sığınacaq tapıb”.

Bəyanatda xatırladılır ki, 2011-ci ildə bu partiya Xocalı qırğınının erməni silahlı qüvvələri tərəfindən törədilmiş soyqırım aktı kimi tanınması və Ermənistanın Azərbaycana qarşı təcavüzünün pislənməsi barədə qətnamə qəbul olunması təşəbbüsü ilə çıxış edib.

Sənəddə deyilir: “Erməni silahlı qüvvələri işğal etdikləri ərazilərdən çıxarılmadan və Azərbaycanın ərazi bütövlüyü bərpa olunmadan sülh yaradıla bilməz”.

1news.az

Paylaş:
650

Son xəbərlər

Bütün xəbərlər