Medvedev: “Ümid edirik ki, Qarabağda əldə olunan atəşkəs davamlı olacaq” | 1news.az | Xəbərlər
Siyasət

Medvedev: “Ümid edirik ki, Qarabağda əldə olunan atəşkəs davamlı olacaq”

14:48 - 08 / 04 / 2016
Medvedev: “Ümid edirik ki, Qarabağda əldə olunan atəşkəs davamlı olacaq”

Rusiya baş naziri Dmitri Medvedev bəyan edib ki, Rusiya gələcəkdə də Dağlıq Qarabağda vəziyyətin tənzimlənməsi sahəsəində əlindən gələni edəcək.

“Ümid edirəm ki, hazırda əldə olunan atəşkəs razılığı davamlı olar və tərəflər danışıqlar stolu arxasında oturub məsələnin tənzimlənməsinə davam edərlər. Mən özüm bir zamanlar buna çox səy göstərmişəm. İstərdim ki, bütün bə cəhdlər boşuna getməsin və itməsin”,- deyə Medvedev Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə görüşündə bildirib.

“Hər halda şübhə etməyin ki, Rusiya Feredasiyası bunun üçün əlindən gələni edəcək”,-Medvedev deyib.

TASS-ın qeyd etdiyi kimi, Bakı  və Moskva arasında strateji əməkdaşlıq əlaqələri inkişaf edir. Bizim ölkələrimiz arasında iqtisadiyyat, humanitar sahədə və bir sıra siyasi məsələlərdə layihələrimiz var”.

“Aydındır ki, bugünki səfər həmin məqsədlər üçün maksimum istifadə oluna bilər. Əlbəttə indi mürəkkəb zamandır, Azərbaycan və Ermənistan arasındakı münaqişə kəskinləşib. Nə gizlədim bu vəziyyət bizi çox narahat edir”,- Medvedev bildirib.

Qeyd edək ki, cümə günü Rusiyanın baş naziri Bakıya gəlib. Bu səfər əvvəldən planlaşdırılmayıb. Onun səfəri Dağlıq Qarabağda vəziyyətin gərginləşməsi ilə əlaqədardır. Medvedev daha əvvəl Ermənistana səfər edərək  prezident Serj Sarkisyan və baş nazir Ovik Abramyanla danışıqlar aparıb.

Xatırladaq ki, 2-5 aprel tarixlərində atəşkəs əldə olunandan 22  il sonra Azərbaycan və Ermənistan hərbi qüvvələrinin təmas xəttində genişmiqyaslı hərbi əməliyyatlar baş verib. Azərbaycan hərbu qüvvələri Ermənisran silahlı qüvv ələrinin birinci müdafiə xəttini qıraraq bir neçə yaşayış məntəqəsi və strateji yüksəklik üzərində nəzarəti ələ keçirib.

5 aprel tarixində tərəflər arasında atəşin ikitərəfli dayandırılması haqqında razılıq əldə olunub.

1news.az

Paylaş:
1295

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər