Müdafiə Nazirliyi: Döyüş meydanında qalmış meyitlərin götürülməsi prosesinə başlanıb | 1news.az | Xəbərlər
Siyasət

Müdafiə Nazirliyi: Döyüş meydanında qalmış meyitlərin götürülməsi prosesinə başlanıb

15:32 - 08 / 04 / 2016
Müdafiə Nazirliyi: Döyüş meydanında qalmış meyitlərin götürülməsi prosesinə başlanıb

Aprel ayının 8-də Bakı vaxtı ilə saat 15.00-dan başlayaraq qoşunların təmas xəttində atəşkəs rejiminin bərpa olunması barədə razılığa gəlinib.

1news.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ATƏT nümayəndələri və Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə saat 15.00-dan 20.00-dək döyüş meydanında qalmış hər iki tərəfin hərbi qulluqçularının meyitlərinin götürülməsi prosesinin həyata keçirilməsi planlaşdırılır.

Əlavə məlumat veriləcək.

1news.az

Paylaş:
856

Son xəbərlər

Bütün xəbərlər