MDB dövlət başçılarının 25-ci sammiti Qırğızıstanın paytaxtında keçiriləcək | 1news.az | Xəbərlər
Siyasət

MDB dövlət başçılarının 25-ci sammiti Qırğızıstanın paytaxtında keçiriləcək

15:56 - 08 / 04 / 2016
MDB dövlət başçılarının 25-ci sammiti  Qırğızıstanın paytaxtında keçiriləcək

MDB dövlət başçılarının yubiley 25-ci sammiti sentyabrın 16-da Bişkəkdə keçiriləcək, sentyabrın 15-də MDB ölkələrinin XİN rəhbərləri Bişkəkdə toplaşacaq.

1news.az xəbər verir ki, bunu MDB-də sədrlik edək Qırğızıstanın xarici işlər naziri Erlan Abdıldayev bildirib.

O qeyd edib ki, iyunun 7-8-də Bişkəkdə MDB üzv dövlətlərinin hökumət başçılarının iclası baş tutacaq.

Onun sözlərinə görə, Moskvada keçirilən MDB Xarici İşlər Nazirləri Şurasının bugünkü iclasında MDB üzv dövlətlərinin səhiyyə, mədəniyyət sahələrindəki qurumları arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub.

1news.az

Paylaş:
545

Son xəbərlər

Bütün xəbərlər