Dmitri Medvedev Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib - FOTO
Azərbaycanda rəsmi səfərdə olan Rusiya Federasiyası hökumətinin sədri Dmitri Medvedev aprelin 8-də Fəxri xiyabana gələrək müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
D.Medvedev aprelin 8-də Şəhidlər xiyabanını da ziyarət edib.
D.Medvedev ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə güllər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Rusiya hökumətinin sədrinə Şəhidlər xiyabanının tarixi və paytaxtımızda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
D.Medvedev Azərbaycan paytaxtının mənzərəsini seyr edib.
1news.az