Azərbaycanda 83 nəfərdən ibarət 15 mütəşəkkil dəstə zərərsizləşdirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda 83 nəfərdən ibarət 15 mütəşəkkil dəstə zərərsizləşdirilib

20:59 - 08 / 04 / 2016
Azərbaycanda 83 nəfərdən ibarət 15 mütəşəkkil dəstə zərərsizləşdirilib

Keçən il və cari ilin ötən dövründə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə mülkiyyət əleyhinə cinayətlər törətmiş 2009 nəfərdən ibarət 742 qrup, o cümlədən 83 nəfərdən ibarət 15 mütəşəkkil dəstə zərərsizləşdirilib.

1news.az-ın məlumatına görə, bunu Daxili İşlər Nazirliyində keçirilən geniş kollegiya iclasında çıxışı zamanı nazirliyin Baş Cinayət Axtarışı İdarəsinin rəisi Emin Şəkinski deyib.

Qeyd olunub ki, bütövlükdə, mülkiyyət əleyhinə olan 9443 cinayətin, o cümlədən 4597 şəxsi əmlak oğurluğunun, 239 soyğunçuluğun, 167 quldurluğun, 225 avtonəqliyyatın qaçırılması faktının açılması təmin olunub. Həmin cinayətlərə görə 5179 nəfər məsuliyyətə cəlb edilib, axtarışda olan 1678 təqsirləndirilən şəxs tutulub. Bilavasitə Baş İdarə əməkdaşlarının iştirakı ilə mülkiyyət əleyhinə olan 300-ə yaxın cinayət açılıb, onları törətmiş 67 nəfər müəyyən edilərək saxlanılıb. 

Nəzərə çatdırılıb ki, mülkiyyət əleyhinə cinayətlərin profilaktikasında Nazirliyin informasiya sistemlərinin tətbiqinin də böyük əhəmiyyəti olub. “102” xidməti və “Təhlükəsiz şəhər” sisteminin texniki imkanları ilə 69 oğurluq, 66 oğurluğa cəhd, 6 soyğunçuluq, 10 quldurluq, 9 nəqliyyat vasitəsinin qaçırılması və sair cinayətlər  “isti izlərlə” açılıb, axtarışda olan 158 avtomobil saxlanılıb. 

Xüsusi mülkiyyətdə olan obyektlərdə və şəxsi mənzillərdə mühafizə-siqnalizasiya vasitələrinin quraşdırılması məqsədilə, əhali arasında təbliğatın gücləndirilməsinə dair aidiyyəti Kollegiya qərarlarının icrası üzrə görülmüş tədbirlərlə mühafizəyə götürülmüş obyektlərin sayı 1170, mənzillərin sayı isə 1233 vahid artıb. Qorunan obyektlərdə 144 oğurluq hadisəsinin qarşısı alınaraq 74 nəfər yaxalanıb.       

2015-ci ildə mülkiyyət əleyhinə olan cinayətlərin açılması 4,4 faiz yaxşılaşaraq 70,7 faiz təşkil edib. O cümlədən oğurluqların açılması 5,7 faiz, dələduzluqların açılması 1,3 faiz, hədə-qorxu ilə tələb etmələrin açılması 1,8 faiz, avtonəqliyyat qaçırmalarının açılması isə 5,8 faiz yaxşılaşıb.

1news.az

 

Paylaş:
637

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər