“Həzi Aslanov”da təmir işləri başa çatıb | 1news.az | Xəbərlər
Cəmiyyət

“Həzi Aslanov”da təmir işləri başa çatıb

10:33 - 08 / 04 / 2016
“Həzi Aslanov”da təmir işləri başa çatıb

Bakı metrosunun “Həzi Aslanov” stansiyasında eskalatorun təmiri başa çatıb.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev məlumat verib.

“Stansiyasının ikinci vestibülündə yerləşən 1 saylı eskalator bu gündən etibarən sərnişinlərin istifadəsindədir”- deyə, N.Paşayev qeyd edib.

Qeyd edək ki, adıçəkilən eskalator 11 mart tarixində təmirə dayandırılmışdı.

1news.az

Paylaş:
419

Son xəbərlər

Bütün xəbərlər