Azərbaycanın çatlaq səsi - Əli Kərimlini kim və niyə himayə edir... | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanın çatlaq səsi - Əli Kərimlini kim və niyə himayə edir...

15:28 - 09 / 04 / 2016
Azərbaycanın çatlaq səsi - Əli Kərimlini kim və niyə himayə edir...

Dağlıq Qarabağ və işğaldakı torpaqlarımız uğrunda illərlə apardığımız və yolunda minlərlə şəhidimizi fəda etdiyimiz mübarizəmiz olduqca mühüm mərhələyə daxil olub.

Aprel ayının ilk günlərində Azərbaycan  Silahlı Qüvvələri işğalçı Ermənistan ordusuna sarsıdıcı zərbələr vurdu, çox mühüm strateji yüksəkliklərə nəzarəti qaytardı və bu fraqmentdə qarşısına qoyulan vəzifələri uğurla yerinə yetirdi. Erməni silahlı dəstələrinin canlı qüvvəsi, eləcə də  texnikası böyük itkilərə məruz qaldı. 

Ermənistan və onun Dağlıq Qarabağdakı əlaltı rejimi, hətta dinc sakinlər panik vəziyyətə düşdülər. Ermənistan cəmiyyətində, iqtidarında və mediasında xaos başladı.   

Ordumuzun uğurlu əməliyyatları xalqımızda böyük ruh yüksəkliyi yaratdı. Azərbaycan cəmiyyəti vahid bir orqanizm kimi, düşmənə qarşı müsəlləh cəbhə təşkil etdi. İqtidar, xalq, media, əksər qeyri-hökumət təşkilatları bir hədəfə kilitləndi. Ölkə prezidentinin, Müdafiə nazirliyinin çevik və savadlı fəaliyyəti sayəsində bəlkə də münaqişə tarixində ilk dəfə idi ki, beynəlxalq aləm, nəhəng media quruluşları silahlı toqquşmaların eskalasiyası səbəblərinə obyektiv yanaşdı, işğalçı ermənilərin təxribatlarına ölkəmizin cavab hüququnu tanıdı və hətta dəstək verdi. Dünyanın nəhəng media quruluşları münaqişə bölgəsindən obyektiv reportajlar yaydılar, erməniləri işğalçı və münaqişə yaradan tərəf kimi təqdim etdilər.       

Burada ən əsas məsələ budur ki, Azərbaycan ordusu fədakarlıq göstərdi və ictimai rəydə formalaşmış “məğlub tərəf” sindromunu bircə gündə sındırdı; düşmənə, Rusiyaya, digər gözləmçilərə nümayiş etdirdi ki, istənilən anda torpaqları geri almaq əzmindədir. 

Daha sonra Azərbaycan beynəlxalq ictimaiyyətin, böyük güclərin  israrlı müraciətlərini nəzərə alaraq, hərbi əməliyyatları özünə sərf edən bir nöqtədə  dayandırdı. Burada şübhəsiz, başqa nüanslar və Rusiyanın gizli basqıları da yox deyil. Eləcə də, Minsk Qrupu həmsədrləri olan digər ölkələrin atəşi kəsməklə bağlı basqıları da olub.

Azərbaycan status – kvonu dəyişdi, lakin qoşunlar istədiyi hədəfə doğru yürüyə bilmədi; buna baxmayaraq, erməni olan hər kəsdə bir vahimə yaratdı, ermənilərin ürəyinin özəyinə qədər, endi,  kabus kimi beyinlərinə girdi. Qarabağda rahat məskunlaşan ermənilər, onların Suriyadan və başqa yerlərdən gələn soydaşları anladılar ki, bu torpaqların sahibi var, onlar burada rahat otura bilməyəcəklər, evləri başlarına yıxıla, həyatları təhlükəyə düşə bilər.

Bu, o qədər mühüm göstəricidir ki, işğalçı erməni ordusunun ürəyinə vahimə salmaq 5-6 kəndi qaytarmaqdan daha mühümdür. Çünki Azərbaycan bütün Qarabağ, işğaldakı torpaqlar üçün savaşır, bir bölgə, özünün olan 3-4 işğaldakı köy üçün savaşmır!

Bütün bu prosesdə mühüm bir ana xətti də var. Azərbaycan elə etməlidir ki, ermənilərin informasiya müharibəsinin bundan belə ayaq tutmasına imkan verməsin,  dünya gücləri qarşısında sülh prosesinə sadiqliyini sinəsini gərərək, nümayiş etdirə bilsin. Ordumuz status-kvonu dəyişdirdi -  indi sıra diplomatlarda və siyasi rəhbərlikdədir...

Əlbəttə, xalqımızın hər bir nümayəndəsi istəyərdi ki,  ordumuz dayanmasın, atəşkəs olmasın, ermənilər tam və qəti olaraq darmadağın edilsin. Təbii ki, o gün də gələcək - lakin özümüzü aldatmamaq da lazımdır ; o gün bu gün deyil. Yaddaşımızda Saakaşvili revanşı və 2008-ci ildə Gürcüstan hakimiyyətini vuran “Rus ayısının pəncəsi” xatirəsi var. Azərbaycanı “Rus ayısı”nın pəncəsinə düşürmək, buna bəhanə vermək olmaz. Məsələ erməniyə qalsaydı, sadə idi. Hamı bilir ki, onların arxasında Rusiya dayanıb və Azərbaycanın əl-qolunu da bu fakt ciddi şəkildə bağlayır. 

Qəhrəman ordumuzun və şəhid olan əsgərlərimizin sayəsində biz o böyük gün üçün olduqca ciddi və tarixi bir addım atdıq. Eyni zamanda, prosesləri gərginliklə izləyən dünya güclərinə, beynəlxalq təşkilatlara, dünya ictimaiyyətinə sübut etdik ki, sülh prosesinə sadiqik. Biz torpaqlarımızdan vaz keçmirik -  lakin onu necə qaytaracağı seçimini də həm ermənilərə, həm də onun arxasındakı güclərə təqdim etdik. Bəlkə də son dəfə....  

Hərbi münaqişənin alovlandığı ilk gündən başlayaraq, Azərbaycan müxalifəti də xalqın iradə və istəklərindən kənarda qalmadı; ordunu, iqtidarı dəstəkləyən bəyanatlar verdi. Əslində belə etməsəydilər, bir vətən xaini obrazına düşər, millətin qınağını qazanardılar. İndi təhlil edəndə isə məlum olur ki, bəziləri buna sadəcə, məcbur olublar. Bu “bəziləri”ndən biri və əslində birincisi AXCP sədri Əli Kərimlidir. 

O, yaxşı tanıdığı, mahiyyətinə bələd olduğu tərəfdarlarına ilk gün “orduya qarşı əks-təbliğat aparmamağı”, “xalqı ruhdan salan təftişçi yazılar yazmamağı” tapşırdı (deməsəydi, özü kimi, biz də əminik ki, onun zombiləri məhz orduya, onun ali baş komandanına qarşı həmin anlarda ermənidən daha betər  kampaniya aparacaqdılar). Əli Kərimli öz mahiyyətini Azərbaycan Silahlı Qüvvələri erməniləri atəşkəs rejiminə vadar qoyan kimi büruzə verdi. Elə bil Azərbaycan ordusu qarşısında qüruru əzilən ermənilər yox, AXCP sədri idi. “U” dönüşü xarakterində qəfil bir dönüş yapan Əli Kərimlinin ordu və ölkə rəhbərliyinə qarşı xain açıqlamalarını erməni saytları dərhal manşetlərdən verdilər. 

Bizim üçün hər zaman təəccüblü olub. Bütün fəaliyyəti Azərbaycana, onun köklü və strateji maraqlarına, demokratiyanın ölkəmizdə bərqərar olmasına, iqtidarla müxalifətin normal münasibətlər sisteminin formalaşmasına qarşı olan Əli Kərimliyə, onun xain çevrəsinə və təxribatçı media quruluşlarına bu iqtidar hansı səbəblərdən dözür? Onu kim qoruyur? Vətən torpaqları üçün əlində silah vuruşan Tofiq Yaqublunu, demokrat-ziyalı İlqar Məmmədovu, görkəmli hüquqşünas İntiqam Əliyevi, jurnalist Rauf Mirqədirovu ciddi  səbəb olmadan həbslərə atan iqtidarımız Əli Kərimlinin xain, erməni dəyirmanına su tökən, onlarla sinxronlaşdırlan fəaliyyətlərinə hansı səbəblərdən dözür?

AXCP sədri Əli Kərimli və onun zombi dəstəsi, yaxın çevrəsi son illərin ən uğurlu silahlı əməliyyatını və diplomatik fəaliyyəti eyni ilə ermənilər kimi, onlardan daha yüksək entuziazm və enerji ilə gözdən salır,  Azərbaycanın beynəlxalq nüfuzunun ləkələnməsi üçün əlindən gələni edir.

3 gün öncə də yazdığımız kimi, Əli Kərimlinin siyası “əməyi” və irəli sürdüyü bütün iddialar ermənilərin Azərbaycana qarşı apardığı informasiya müharibəsinin əsas istiqamətləri ilə tam şəkildə üst-üstə düşür. Erməni sayt və qəzetləri, rəhbərliyi AXCP sədrinin iddia və açıqlamalarından son günlər geniş şəkildə faydalanmaqdadır.  

Onun rəhbərlik etdiyi hər şey və hər kəs - AXCP, “Azadlıq” qəzeti, sosial şəbəkələrdə fəaliyyət göstərən zombi dəstəsi Azərbaycana düşmən kəsilib. Onlar bir ansambl şəklində, aydın məsələdir ki,   Əli Kərimlinin sifarişlərinə uyğun olaraq, ölkə və millət üçün bu cür taleyüklü məqamlarda düşmən ölkənin informasiya təxribatlarına bəhanə, stimul və dəstək verirlər. 

Obyektivlik naminə qeyd etmək lazımdır ki, hazırda  Azərbaycan həm cəbhə xəttində, həm də danışıqlar masası arxasında, diplomatik sahədə  mühüm üstünlüklər əldə edib. Dövlətimiz son illərdə ilk dəfədir ki, həm də beynəlxalq ictimaiyyətin ciddi dəstəyi ilə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlarda ciddi fərqlilik yaradıb. Belə bir məqamda Kərimli və onun çevrəsi ölkə daxilində vəziyyəti gərginləşdirməyə çalışır, çağırışlar edirlər. Əsas məqsəd də ictimai rəyi yanlış istiqamətə yönəltməkdir; xalqda yaranan vətənpərvərlik ruhunu, xalqın hakimiyyətə verdiyi  dəstəyi sarsıtmaq, Azərbaycan cəmiyyətinin iqtidara qarşı olduğuna dair görüntü yaratmaq, bununla da ölkənin  əldə etdiyi   mühüm uğurları gözdən salmaqdır. 

Dünyanın tanınan ekspertləri, bəzi hallarda düşmən ölkənin siyasiləri Azərbaycanın uğurlarından danışdıqları halda, ölkəmizdə tək bir çatlaq səs ( Əli Kərimlinin və onun tərəfdarlarının ifasında) eşidilməkdədir.

İlk gün verdiyi bəyanatın məntiqinə uyğun olaraq, o,  Azərbaycanın əldə etdiyi üstün mövqeyə dəstək versəydi, əks mövqe tutaraq, ermənilərlə eyni cəbhədə dayanmasaydı, ölkənin siyasi sisteminə son dərəcə böyük töhfə vermiş olacaqdı. İqtidarla müxalifətin illərdir davam edən küsülülüyü ortadan qalxa bilərdi. Lakin Əli Kərimli xisləti belədir. O, yaxşılıq və faydalılıq üçün yaranmayıb. Kərimli Azərbaycan siyasətinin çömçəsidir, missiyası qarışdırmaqdır.  

İndi o, hərbi əməliyyatların davam etdirilməsinə çağırır, öz populist çıxışları ilə müharibənin qızışmasını tələb edir, daxildə vəziyyəti gərginləşdirmək istəyir, cəmiyyətin heç olmasa bir qismini indiki halda ölkənin məsuliyyətini daşıyan prezidentə qarşı qaldırmağa çalışır. Görünür, erməni mediasına və onun təxribat maşınına görüntülü, videolu “faktlar” verməyə həvəslənib.

Son əməliyyatlardan sonra Dağlıq Qarabağ münaqişəsi məntiqi yekununa daha çox yaxınlaşıb; münaqişənin Azərbaycanın istədiyi ədalətli şəkildə, sülh yolu ilə həlli indi ötən həftədəki durumla müqayisədə daha real görünür. Anlaşılan budur ki, Əli Kərimli məhz bu prosesi durdurmaq, ona zərbə vurmaq, Azərbaycanın üstün mövqeyini cəbhə xəttinə yönəldib, onu qanla boğmaq, ölkəni (yəni həm də iqtidarı) çıxılmaza salmaq  niyyətindədir.  

Müharibə tələb edən, bununla da minlərlə Azərbaycan gəncinin qanına susayan Kərimli savaş çağırışlarında o zaman səmimi olar ki, ailəsinin əsgərlik yaşındakı üzvlərini xaricdə gizlətməsin, onların da orduya qatılması, savaş bölgəsinə getməsi üçün Müdafiə Nazirliyinə çağırış etsin, ərizə versin. Savaş istəyirsə, özününküləri də , bir zəhmət, səngərdə əlində silah təsəvvür etsin...  

Bir şeyi açıq deyək, bu adamın - Əli Kərimlinin, onun ziyanvər tərəfdarlarının Azərbaycanın köklü milli maraqlarına zidd, ermənilərlə sinxronlaşdırılmış dağıdıcı fəaliyyətinə son qoymaq lazımdır. İllərdir onun həm də müxalif düşərgədə apardığı dağıdıcı, təxribatçı fəaliyyətini görməkdə , yazmaqdayıq. 

Müxalifət fəalları, Kərimlinin özü və zombiləri tərəfindən mənəvi və informasiya terroruna məruz qoyulan ziyalılar, jurnalistlər, partiya funksionerləri, məmurlar, gənc liderlər birləşməli və öz təpkilərini ortaya qoymalıdırlar. 

Azərbaycan iqtidarı isə Rauf Mirqədirovları, Tofiq Yaqubluları , İlqar Məmmədovları, gənc liderləri deyil, məhz onu -  dövlətin, millətin maraqlarını heçə sayan, hər kəsi mənəvi terrora məruz qoymağı sevən  Əli Kərimli və onun kimi anti-milli ünsürlərini hədəfə almalı, onların barəsində sərt ölçü götürməli, cəmiyyətdən təcrid etməlidir.

İqtidar onun həbsini bacarmırsa, Ələkrəm Hümbətova sərgilədiyi münasibəti Əli Kərimlidən də əsrgəməməlidir.

Musavat.com

Paylaş:
865

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər