Hərbi qulluqçuların meyitlərinin döyüş meydanından çıxarılması bu gün davam etdiriləcək | 1news.az | Xəbərlər
Siyasət

Hərbi qulluqçuların meyitlərinin döyüş meydanından çıxarılması bu gün davam etdiriləcək

15:51 - 09 / 04 / 2016
Hərbi qulluqçuların meyitlərinin döyüş meydanından çıxarılması bu gün davam etdiriləcək

Aprel ayının 9-da Bakı vaxtı ilə saat 16.00-dan 19.00-dək cəbhə xəttinin müəyyən olunmuş istiqamətlərində ATƏT nümayəndələri və Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə hər iki tərəfin razılığına əsasən hərbi qulluqçuların meyitlərinin döyüş meydanından çıxarılması əməliyyatı həyata keçiriləcək.

Bu barədə 1news.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər.

1news.az

Paylaş:
622

Son xəbərlər

Bütün xəbərlər