Azərbaycan-Avar İB: “Ermənistanı təcavüzkar siyasətdən imtina etməyə və işğal etdiyi torpaqlardan çıxmağa çağırırıq” | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan-Avar İB: “Ermənistanı təcavüzkar siyasətdən imtina etməyə və işğal etdiyi torpaqlardan çıxmağa çağırırıq”

16:17 - 09 / 04 / 2016
Azərbaycan-Avar İB: “Ermənistanı təcavüzkar siyasətdən imtina etməyə və işğal etdiyi torpaqlardan çıxmağa çağırırıq”

“Artıq 25 ildən çoxdur ki, bütün dünya ictimaiyyətinin gözü qarşısında beynəlxalq hüququn əsas prinsipləri işğalçı Ermənistanın təcavüzkar siyasəti nəticəsində nümayişkaranə surətdə tapdanaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı, habelə 1 milyondan artıq qaçqın və məcburi köçkün vəziyyətinə salınmış əhalinin fundamental hüquq və azadlıqları kobudcasına pozulmaqdadır”.

1news.az-ın verdiyi xəbərə görə, bu sözlər Azərbaycan-Avar İctimai Birliyinin (İB) yaydığı bəyanatda qeyd olunur.

Bəyanatı diqqətinizə çatdırırıq:

“BMT Təhlükəsizlik Şurasının işğal edilmiş Azərbaycan torpaqlarından erməni silahlı birləşmələrinin qeyd-şərtsiz çıxarılması haqqında dörd qətnaməsi hələ də icra olunmamış qalır.

Son günlər qoşunların təmas xəttində atəşkəs rejiminin işğalçı erməni silahlı qüvvələri tərəfindən pozulması Ermənistanın cinayətkar rəhbərliyinin apardığı siyasətin regionda sülh və əmin-amanlıq işinə böyük təhdid olduğunu bir daha dünyaya sübut etdi.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli addımları və Milli Ordumuzun sarsıdıcı əks zərbələri ilə layiqli cavabını alan düşmən acı məğlubiyyətdən dərs çıxarmaq əvəzinə, öz vandal xislətinə sadiq qalaraq, yaşayış məskənlərimizi və mülki əhalimizi iriçaplı ağır silahlardan atəşə tutdu, günahsız insanların ölümünə və yaralanmasına səbəb oldu. Biz ermənilərin bu azğınlığını qətiyyətlə pisləyir və həmişə olduğu kimi, Prezidentimizlə, Milli Ordumuzla bir yerdə olduğumuzu bəyan edirik.

Ötən əsrin 90-cı illərində Ermənistan silahlı qüvvələrinin təcavüzünə qarşı mübarizədə şəhidlər vermiş avar gəncliyi bu gün də ön cəbhədədir və Ali Baş Komandanın əmri ilə silaha sarılaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün  müdafiəsində ayıq-sayıq dayanmışdır.

Bu gün Azərbaycanda müxtəlif etnik qruplar, millətlər, azsaylı xalqlar mehriban ailə şəraitində yaşayır. Biz, bu birliyi və vəhdəti dövlətçiliyimizin tarixi nailiyyəti və uğurlarımızın başlıca amili kimi qiymətləndirir və qoruyuruq. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycan Respublikasının haqq işini dəstəkləyir, işğalçı Ermənistanı təcavüzkar siyasətdən imtina etməyə, silahlı qüvvələrini işğal etdiyi torpaqlardan çıxarmağa, Dağlıq Qarabağın erməni icmasını isə separatizm meyillərindən əl çəkməyə, beynəlxalq hüquq normalarına hörmət etməyə, vətəndaşı olduqları Azərbaycan Respublikasında hökm sürən sabitlik, dinamik sosial-iqtisadi inkişaf, tolerantlıq və rifah mühitinin töhfələrindən  bəhrələnməyə çağırırıq”.

1news.az

Paylaş:
566

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər