Nobel prospektində yeni yeraltı piyada keçidi tikilir | 1news.az | Xəbərlər
Cəmiyyət

Nobel prospektində yeni yeraltı piyada keçidi tikilir

18:24 - 10 / 04 / 2016
Nobel prospektində yeni yeraltı piyada keçidi tikilir

"Bakı Ağ Şəhər" layihəsi çərçivəsində Xaqani Rüstəmov küçəsi ilə Nobel prospektinin kəsişməsində “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən yeni yeraltı piyada keçidinin tikinti işləri aparılır.

ASC-nin mətbuat xidmətindən 1news.az-a bildirilib ki, yeraltı piyada keçidinin 4 çıxışı var. Keçidin uzunluğu 280 metr, qalereyasının eni 8 metr, hündürlüyü isə 3,2 metrdir. Keçidlər 8 ədəd eskalatorla təmin olunacaq. Beləliklə, vətəndaşların "Bakı Ağ Şəhər"dən birbaşa Dənizkənarı Bulvar ərazisinə və əksinə təhlükəsiz keçidi təmin ediləcək.

Yeraltı piyada keçidinin giriş hissələrinin tikintisi demək olar ki, yekunlaşıb. Hazırda keçidin Nobel prospektinin altından keçən hissəsinin inşası aparılır.

Qeyd edək ki, "Bakı Ağ Şəhər" layihəsi çərçivəsində “Azəravtoyol” ASC tərəfindən Xaqani Rüstəmov küçəsinin əsaslı şəkildə yenidən qurulması işləri də həyata keçirilir. Bakının iki əsas prospektini - Babək və Nobel prospektlərini birləşdirəcək küçənin yenidən qurulması layihəsi çərçivəsində bu cür daha bir keçidin inşası Süleyman Vəzirov küçəsi ilə kəsişmədə də aparılacaq.

Paylaş:
1861

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər