Gəncə yazarlarının Qarabağ çağırışı | 1news.az | Xəbərlər
Cəmiyyət

Gəncə yazarlarının Qarabağ çağırışı

21:30 - 10 / 04 / 2016
Gəncə yazarlarının Qarabağ çağırışı

Bütün bəşəriyyətə məlumdur ki, Dağlıq Qarabağ əzəli və əbədi Azərbaycan torpağıdır.

Məlum tarixin üstündən xətt çəkmək istəyən mənfur qonşularımızın ərazi iddiası, heç bir ölçüyə sığmayan son hərəkətləri Azərbaycan xalqı ilə birlikdə bəşəriyyətin sülhpərvər düşüncəli insanlarını da bir araya gətirib. Azərbaycan Silahlı Qüvvələrinin torpaqlarımızı azad etmək uğurundakı şücaəti bütün xalqımızı, onun oğul və qızlarını, həmçinin ziyalıları ayağa qaldırıb.

1news.az xəbər verir ki, bu fikirlər qoşunların təmas xəttində baş verən son hadisələrə həsr olunmuş yığıncaqda Azərbaycan Yazarlar Birliyinin (AYB) Gəncə bölməsinin sədri Xəzangül tərəfindən səsləndirilib.

Tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Sonra Xəzangül bildirib ki, son günlər Qarabağ mövzusu bütün şair, yazıçı və sənətkarların yaradıcılığının əsas ana xəttini təşkil edir. Bu günkü yığıncaq da yazarlarımızın tam yaradıcılıq ruhu ilə hər bir Azərbaycan əsgərinin yanında olub, onlarla birgə mübarizə aparmaq istəyindən irəli gəlib. Gələcəkdə yazarlarımızın yaradıcılıq arzusunun ifadəsi kimi onların yaratdığı əsərlər Azərbaycan əsgərlərinin qüvvət və qüdrətinin tərənnümü kimi qəbul ediləcəkdir.

Şair Bayram Göyçəli qeyd edib ki, son günlər qoşunların təmas xəttində baş verənlər bir daha dövlətlə xalqın birliyini, vəhdətini sübut etdi.

Sonra AYB Gəncə bölməsinin üzvləri Qarabağa həsr etdikləri ən son əsərlərini oxuyub və yeni yazılan ədəbi nümunələr ətrafında ədəbi müzakirələr aparılıb.

Paylaş:
508

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər