Zakir Həsənov: “Şəhidlərimizin qisasını alacağıq”
“Bu gün burda danışmaq çətindir, amma biz həqiqəti deməliyik. Yüz illərdir, erməni faşistləri bizə qarşı cinayət törədirlər. Bu cinayətin qarşısı alınmasaydı, yenə davam edəcəkdi”.
1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu şəhid hərbi pilotlar - mayor Təbriz Musazadə, mayor Urfan Vəlizadə, baş leytenant Bəkir İsmayılov və Xüsusi Təyinatlı Qüvvələrin polkovnik-leytenantı Murad Mirzəyevlə vida mərasimində müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib.
Nazirin sözlərinə görə, şəhidlərimiz bütün dünyaya sübut etdi ki, Azərbaycan xalqı qəhrəman xalqıdır.
“Bu gün Ali Baş Komandanlığının rəhbərliyi ilə Silahlı Qüvvələrdə böyük ruh yüksəkliyi var. Şəhidlərin qisası alınacaq və biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Heç kəs buna şübhə etməsin”- deyə, nazir qeyd edib.
1news.az