Vüqar Seyidov: Azərbaycanla sülhdən danışmaq üçün ermənilər nə etməlidir?
Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Komitəsinin sədri Arzu Abdullayevanın bəyanatını maraqla oxudum.
Müəllifin sülhsevər tonu, əlbəttə ki, yaxşı təsir bağışladı, lakin bəzi məqamlarla razılaşmaq mənə çətindir.
Arzu xanım yazır ki, realist erməni sülhsevər bəyan etməlidir ki, Qarabağ münaqişəsi Ermənistan hakimiyyətinin inandırmaq istədiklərinə baxmayaraq həll olunmayıb və Azərbaycan, Qarabağ azərbaycanlıları üçün münasib qərar tapılmayınca həll olunmayacaq.
Həqiqi azərbaycanlı sülhsevər bəyan etməlidir ki, indiki sülhün əsasında ermənilərin Qarabağda sülh və təhlükəsizlik şəraitində yaşaması, Bakıya tabe olmadan öz işlərini idarə etmək, Ermənistanla bütün sferalarda maneəsiz əlaqə saxlamaq və əməkdaşlıq etmək hüququ durur.
Mənə elə gəlir ki, realist erməni sülhsevəri başqa cür bəyanat verməlidir.
Qarabağ münaqişəsinin həlli istiqamətində Ermənistan hökumətinin söylədiklərinə baxmayaraq, azərbaycanlılara verməyə özünün belə hazir olmadıqlarını İrəvan Bakıdan tələb də bilməz: bura Qarabağ azərbaycanlılarının Şuşaya, Kərkicahana, Malıbəyliyə və s. öz evlərinə layiqli və təhlükəsiz qayıtması, həmçinin Ermənistan azərbaycanlılarının Zəngəzur, Şərqi Göyçə, Vedibasarda öz əvvəlki evlərinə qayırmasına imkan yaratmaq daxildir.
Əgər Ermənistan Azərbaycan ərazisi olan Qarabağda ermənilərin təhlükəsiz yaşamasına təminat istəyirsə, o zaman Ermənistan ərazisi kimi tanınan Zəngəzur, Göyçə və Vedibasarda da azərbaycanlıların təhlükəsiz yaşamını təmin etməlidir.
Özünüzün edə bilmədiyini, Azərbaycandan gözləmək olmaz. Siz Ermənistandakı bütün azərbaycanlı əhalini qovub, ölkəni monorespublikaya çevirdikdən sonra Azərbaycanın Qarabağ ertmənilərinin öz evlərində rahat yaşamaq hüquqlarını qəbul etməsini və hətta ayrılmaq istəyini tələb edə bilməzsiniz. Bu yalnız o halda mümkün ola bilər ki, 1921 –ci ildə Dağlıq Qarabağa təqdim olunan muxtariyyət Ermənistandakı Azərbaycan əhalisi üçün də təmin olunar və simmetrik balans qorunar. Nə qədər ki, ermənistan Azərbaycan əhalisini tamamilə öz ərazisindən çıxaran monorespublika olaraq qalır, sadə Azərbaycan vətəndasının ürəyində Qarabağ ermənilərini Ermənistana göndərmək istəyi qalacaq. Əgər realist erməni bunu anlamırsa, özünü azərbaycanlının yerinə qoyub monoetnik, ermənilərdən təmizlənmiş Azərbaycanı, Ermənistanda isə əksinə daim üsyankar azərbayacanlı əhalini təsəvvür etsin. Ola bilsin ki o, həmin vaxt indiki status-kvoda nəyinsə doğru olmadığını anlayacaq.
Vüqar Seyidov