QHT-lər arasında atıcılıq üzrə çempionat keçiriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

QHT-lər arasında atıcılıq üzrə çempionat keçiriləcək

17:24 - 11 / 04 / 2016
QHT-lər arasında atıcılıq üzrə çempionat keçiriləcək

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası “QHT-lər arasında atıcılıq çempionatı” təşkil edəcək.

1news.az-ın məlumatına görə, ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar təşkil olunacaq çempionat 9 may tarixində Bakı Atıcılıq Mərkəzində keçiriləcək.

Çempionatda iştirak edəcək hər bir komandada 1-dən 5-ə qədər QHT təmsil oluna bilər. Atıcılıq çempionatında iştirak etmək istəyən QHT-lər komandanın adını, üzvlərinin ad və təvəllüdlərini və əlaqə vasitələrini yazaraq  30 aprel 2016-cı ilədək [email protected] elektron poçtuna göndərməlidirlər.

Yarışda iştirak edəcək komandaların seçimi Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən aparılacaq.

Binəqədi rayon İcra Hakimiyyətinin təşkilati dəstək verdiyi layihənin koordinatoru Azərbaycan Tələbələr Birliyidir.

Əlaqə vasitələri: (+994) 50 359 89 86, (+994) 12 493 17 80

1news.az

Paylaş:
798

Son xəbərlər

Bütün xəbərlər