Ermənilər həlak olmuş hərbçilərinin meyitlərini “soyuduculardan çıxarmağa” başlayıb | 1news.az | Xəbərlər
Siyasət

Ermənilər həlak olmuş hərbçilərinin meyitlərini “soyuduculardan çıxarmağa” başlayıb

19:00 - 11 / 04 / 2016
Ermənilər həlak olmuş hərbçilərinin meyitlərini “soyuduculardan çıxarmağa” başlayıb

Ermənistan rəhbərliyi Dağlıq Qarabaq münaqişəsində gərginliyin artması zamanı həlak olan həqiqi itkilərini hər cür ciddi-cəhdlə gizlətməyə çalışır.

Buna baxmayaraq, həqiqi itkilərini gizlətmələri uzun çəkmədi. Buna görə də Ermənistan silahlı qüvvələri (SQ) “erməni hərbçilərin meyitlərinin soyuduculardan müntəzəm olaraq çıxarılması” əmrini verib. Bununla belə, Ermənistan Müdafiə Nazirliyi (MN) əsgərlərin həlak olması ilə bağlı müxtəlif alternativlər irəli sürür.  

Belə ki, erməni KİV-inin məlumatına görə, aprelin 10-da Azərbaycanın işğal olunmuş ərazilərində saat 02:15-də guya Robert Abramoviç Abramyan başından ölümcül  güllə yarası alıb. Lakin erməni bloggerlər əsgərin həqiqi həlak olma səbəbinin gizlədilməsini qeyd edirlər.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, erməni tərəfi həlak olan hərbçilərinin sayını gizlətmək məqsədilə həqiqi rəqəmlərin sayını az göstərir.

Ermənistan rəsmi orqanları bəyan ediblər ki, həlak olan hərbçilər yalnız bir neçə nəfər təşkil edir. Buna cavab olaraq, sosial şəbəkələrdə bu rəqəmdən 6 dəfə çox əsgərin adı qeyd edilib. Nəticədə Ermənistan MN həlak olan hərbçilərin dəqiq sayını – 44 nəfəri qeyd etdi.

Bununla belə, həlak olanların sayı olduqca çoxdur, bunun ardından yaxın zamanlarda işğal olunmuş ərazilərdə “bədbəxt hadisə zamanı həlak olan hərbçiləri” görməli olacağıq.

1news.az-a hazırki məlumatı şərh edən Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə bildirib ki, bununla da Ermənistan SQ 2-5 aprel tarixlərində hərbi əməliyyatar zamanı həqiqi itkilərinin sayını gizlətməyə çalışır:

“Mən, həmçinin əminəm ki, Azərbaycan Silahlı Qüvvələri atəşkəs rejiminə də əməl edir”.

Onun fikrincə, digər tərəfdən də, erməni tərəfi öz itkilərini çox yaxşı bilir.

“Sadəcə olaraq məndə elə təəssüratlar yaranır ki, erməni xalqı öz hökuməti ilə birgə deqradasiyaya məruz qalır. Xalqı aldadırlar və o da buna inanır?”

Onun sözlərinə görə, erməni silahlı qüvvələrinin itkilərinin çox olması Azərbaycan Ordusunun peşəkarlığının nəticəsdir.

Azərbaycan tərəfinin məlumatlarına görə, Dağlıq Qarabağda hərbi əməliyyatlar zamanı ermənilərdən 200 nəfər həlak olub, 500-dən çox hərbçi isə yaralanıb.

1news.az informasiya agentliyi dəfələrlə erməni tərəfinin həqiqi itkilərini sayı haqda məlumatlar qeyd edib.

Mövzu ilə əlaqədar oxuyun:

Azərbaycan Ordusunun 16 hərbçisi şəhid olub, düşmənin 70 yaraqlısı məhv edilib - VİDEO

Ermənistan KİV-i: Şahidlər bildirir ki, erməni yaralılarının daşınması üçün vertalyotlar çatışmır

Xatırladaq ki, aprelin 1-dən 2-nə keçən gecə erməni silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini güclü artilleriyalardan atəşə məruz qoyub.

Azərbaycan Ordusunun qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılıb, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri düşməndən tam azad olunub.

Çərşənbə axşamı, aprelin 5-də Azərbaycan Müdafiə Nazirliyi qoşunların təmas xəttində saat 12:00-da hərbi əməliyyatlar dayandırılıb.

1news.az

Paylaş:
678

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər