Yəhudi icması: Azərbaycan öz torpaqlarını geri qaytarmaq üçün kifayət qədər resurs və iradəyə malikdir | 1news.az | Xəbərlər
Siyasət

Yəhudi icması: Azərbaycan öz torpaqlarını geri qaytarmaq üçün kifayət qədər resurs və iradəyə malikdir

09:56 - 11 / 04 / 2016
Yəhudi icması: Azərbaycan öz torpaqlarını geri qaytarmaq üçün kifayət qədər resurs və iradəyə malikdir

“Azərbaycan Respublikasındakı yəhudi icmaları erməni silahlı birləşmələrilə qısamüddətli döyüşdə ona güclü zərbə endirmiş Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatı münasibətilə dərin məmnunluq hissini bildirir”.

1news.az-ın verdiyi xəbərə görə, bu sözlər Azərbaycandakı yəhudi icmalarının yaydığı bəyanatda qeyd olunur.

Bəyanatı diqqətinizə çatdırırıq:

“Ümummilli lider Heydər Əliyev tərəfindən yaradılan və ərsəyə gətirilən Azərbaycan Respublikası Silahlı Qüvvələri Cənubi Qafqaz regionunda həlledici faktor olduğunu göstərdi. Münaqişənin gedişində ölkə rəhbərliyinin müasir reallığı nəzərə almaqla dəqiq, ölçülüb-biçilmiş və qəti hərəkətləri, habelə bizim hörmətli Prezident və Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrin gücləndirilməsi istiqamətində uzun illərdən bəri böyük zəhmətlə aparılan iş dünyaya bir daha göstərdi ki, Azərbaycan müvəqqəti olaraq qəsb edilmiş torpaqlarını geri qaytarmaq, regionda möhkəm və ədalətli sülh yaratmaq üçün kifayət qədər resurs və iradəyə malikdir.

Əsrlər boyu Azərbaycanda yaşayan yəhudi icmaları hər zaman özlərini vahid Azərbaycan cəmiyyətinin ayrılmaz hissəsi hesab ediblər. Ortaq kədərimiz, sevincimiz və böyük nailiyyətlərimiz dostluğumuzu və əməkdaşlığımızı daha da möhkəmləndirib. Azərbaycan xalqının kədəri bizim hər birimizin qəlbinə yaxın olduğu üçün oğul və qızlarımız Vətən uğrunda canlarından keçiblər. Yəhudilər Azərbaycanda yaşayan bütün xalqlarla çiyin-çiyinə dövlətimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda erməni təcavüzünə qarşı cəsarətlə vuruşublar.

Dağlıq Qarabağda döyüş meydanlarında yəhudi icmalarının da nümayəndələri canlarından keçiblər. Onların sırasında Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov, Xanin və başqalarının xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır. Azərbaycanın yəhudi vətəndaşları əvvəllər olduğu kimi, bu gün də tam və qəti qələbə çalmaq üçün Vətənimizin bayrağı altında durmağa hazırdırlar.

Azərbaycanın yəhudi icmaları qəti əmindir ki, 2016-cı ilin aprel hadisələri Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ciddi danışıqların başlanğıcına səbəb olacaq. Ümidvarıq ki, bu danışıqlar işğal edilmiş torpaqların tez və effektiv boşaldılması və yüz minlərlə qaçqının doğma yurdlarına qayıtması ilə nəticələnəcək”.

1news.az

Paylaş:
686

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər