Yaponiya nümayəndə heyəti Azərbaycana səfərə gəlib | 1news.az | Xəbərlər
Siyasət

Yaponiya nümayəndə heyəti Azərbaycana səfərə gəlib

10:45 - 11 / 04 / 2016
Yaponiya nümayəndə heyəti Azərbaycana səfərə gəlib

Yaponiyalı iş adamlarından ibarət nümayəndə heyəti, eləcə də Okinava prefekturasının rəsmi şəxsləri Azərbaycana səfərə gəlib.

1news.az “Report”a istinadən  xəbər verir ki, nümayəndə heyətinə iqtisadiyyat sahəsi üzrə yaponiyalı ekspert və Okinava parlamentinin sədri Masaharu Kina rəhbərlik edir.

Səfər çərçivəsində nümayəndə heyəti Naxçıvana səfər edəcək. Orada bir neçə rəsmi görüşlər keçirəcək Yaponiya nümayəndə heyəti bu iki region arasında xüsusilə turizm, energetika və bərpa olunan enerji mənbələrindən istifadə sahəsində əməkdaşlığın inkişafı yollarını müzakirə edəcək.

Eyni zamanda Naxçıvan və Yaponiyanın Miyakodzima şəhəri arasında qardaşlaşma haqqında sazişin imzalanması gözlənilir.

1news.az

Paylaş:
381

Son xəbərlər

Bütün xəbərlər