Bakıda “Ekoklub” üzvlərinin I Ekoloji Forumu keçirilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda “Ekoklub” üzvlərinin I Ekoloji Forumu keçirilib – FOTO

11:07 - 11 / 04 / 2016
Bakıda “Ekoklub” üzvlərinin I Ekoloji Forumu keçirilib – FOTO

Aprelin 9-da Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi və Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin birgə reallaşdırdığı “Yaşıl şəbəkə” ekoloji maarifləndirmə proqramı çərçivəsində “Ekoklub” üzvlərinin I Ekoloji Forumu keçirilib.

1news.az-ın məlumatına görə, “Yaşıl şəbəkə” devizi altında “Ekoklub” üzvlərinin I Ekoloji Forumunun keçirilməsində əsas məqsəd gənclərin ekoloji hərəkatının genişləndirilməsi, “Ekoklub”lar şəbəkəsinin yaradılması, məktəblilərin ekoloji biliklərinin artırılması, onlarda ekoloji mədəniyyətin və ətraf mühitin qorunması sahəsində xüsusi bacarıqların formalaşdırılmasından ibarətdir.

Forumdan öncə təhsil naziri Mikayıl Cabbarov “Muğam Klub”da Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin nəzdində fəaliyyət göstərən “Ekoklub” liderləri ilə görüşüb.

Təhsil naziri məktəblilərlə görüşdə müasir dünyada və Azərbaycanda mövcud olan ekoloji problemlərdən, onları yaradan səbəblərdən və həlli istiqamətində reallaşdırılan tədbirlərdən danışıb. Nazir ekoloji təhsil, bu istiqamətdə icra olunan layihələr barədə fikirlərini bildirib, daha böyük nailiyyətlərin əldə olunması üçün məktəblilərə tövsiyələr verib, onları maraqlandıran sualları cavablandırıb.

Məktəblilər ekologiyanın qorunması ilə bağlı iştirak etdikləri aksiyalardan danışıb və yeni  təkliflərlə çıxış ediblər.

Sonra T.İsmayılov adına 6 nömrəli məktəb-liseydə forumun açılış mərasimi keçirilib.

Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, ekologiya üzrə beynəlxalq və yerli ekspertlər, 250-dən çox “Ekoklub” üzvü iştirak edib.

Əvvəlcə vətənin ərazi bütövlüyü uğurunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İştirakçıları salamlayan təhsil nazirinin müavini Firudin Qurbanov forumun işinə uğurlar arzulayaraq, ölkədə aparılan təhsil islahatları çərçivəsində ekoloji təhsilin inkişafı və ekoloji dünyagörüşün formalaşması üçün geniş perspektivlər yarandığını, ekoloji təhsilin daha geniş tətbiq edilməyə başlanıldığını bildirib.

Nazir müavini qeyd edib ki, ekoloji tədris proqramı Bakı şəhəri üzrə pilot orta məktəblərdə fəaliyyət göstərən "Ekoklub" üzvlərini əhatə edir. Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi 2015-ci ilin sentyabrından etibarən orta məktəblərdə “Ekoklub”ların yaradılması prosesinə başlayıb. Hazırda Bakı şəhərindəki 28 ümumi təhsil müəssisəsində fəaliyyət göstərən “Ekoklub”ların 990 nəfər üzvü var.

Daha sonra çıxış edən şəxslər məktəblilərin ekoloji bilik və bacarıqlarının artırılması, ətraf mühitin öyrənilməsi və qorunması sahəsində gənc nəslin fəal iştirakının təmin edilməsini müsbət qiymətləndirib, forumun ətraf mühitin mühafizəsi məsələsinə ümumi marağın və diqqətin artmasına, uşaq və gənclərin ekoloji problemlərin həllində mütəmadi iştirak etməsinə zəmin yaradacağına ümidvar olduqlarını bildiriblər.

Forumda “Yaşıl iqtisadiyyat”, “Yaşıl dialoq”, “Yaşıl turizm”, “Yaşıl elm”, “Yaşıl yaradıcılıq”, “Yaşıl cəmiyyət”, “Yaşıl texnologiya”, “Yaşıl innovasiya”, “Yaşıl şəhər”, “Yaşıl liderlər” bölmələrində qruplarla müzakirələr təşkil olunub.

Tədbirin yekununda iştirakçıların birgə bəyanatı qəbul edilib.

1news.az

Paylaş:
779

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər