Milli Qəhrəmanlara həsr edilmiş sənədli filmlərinin təqdimatı olub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Milli Qəhrəmanlara həsr edilmiş sənədli filmlərinin təqdimatı olub - FOTO

11:56 - 11 / 04 / 2016
Milli Qəhrəmanlara həsr edilmiş sənədli filmlərinin təqdimatı olub - FOTO

Tərtər rayon Mədəniyyət Evində Azərbaycanın Milli Qəhrəmanları Elman Hüseynova və Əlyar Əliyevə həsr olunmuş “İlk Komandir” və “Pəhləvan Komandir” sənədli filmlərinin təqdimatı olub. Hər iki film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Yaddaş” studiyasında lentə alınıb.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, təqdimat mərasimində rayonun rəhbər işçiləri və ictimaiyyət nümayəndələri, Qarabağ müharibəsi veteranları, Milli Qəhrəmanların ailə üzvləri iştirak ediblər. Tədbirdə çıxış edən rejissor Nizami Abbas ekran əsərlərinin ərsəyə gəlməsində gördüyü işlərdən danışıb, çəkilişdə əməyi olan bütün insanlara minnətdarlığını bildirib.

Sonra Milli Qəhrəman Elman Hüseynovun döyüş yoldaşı Pənah Məmmədov və oğlu Emin Hüseynli öz xatirlərini iştirakçılarla bölüşüblər.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxışında tərtərlilərin respublikamızın ərazi bütövlüyü uğrunda fədakar mübarizəsindən, ölkəmizdə müharibə iştirakçılarına, şəhid ailələrinə göstərilən dövlət qayğısından, şəhidlərin adının əbədiləşdirilməsindən danışıb. Bildirilib ki, Azərbaycanın Milli Qəhrəmanları Elman Hüseynovun və Mübariz İbrahimovun, “Azərbaycan Bayrağı” ordenli Mehrac Mahmudovun, şəhid İlqar Həsənovun adlarını daşıyan küçələrdə abadlıq-yenidənqurma işləri aparılır. Tərtər rayonundan olan digər Milli Qəhrəman Vəzir Orucovun adını daşıyan küçənin girişində onun barelyefi qoyulub.

M.Məmmədov sənədli filmlərin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında əhəmiyyətini yüksək qiymətləndirərək, yaradıcı kollektivə minnətdarlığını bildirib.

Tədbir iştirakçıları sonra Milli Qəhrəmanlara həsr edilmiş filmlərə tamaşa ediblər.

1news.az

Paylaş:
533

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər