Nyu Yorkda erməni təxribatına qarşı etiraz aksiyası keçirilib – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Nyu Yorkda erməni təxribatına qarşı etiraz aksiyası keçirilib – FOTO

12:10 - 11 / 04 / 2016
Nyu Yorkda erməni təxribatına qarşı etiraz aksiyası keçirilib – FOTO

Aprelin 9-da son günlər Ermənistan ordusunun cəbhə xəttində törətdiyi hərbi təxribatlarla əlaqədar BMT-nin Nyu Yorkdakı mənzil qərərgahı qarşısında etiraz mitinqi keçirilib.

1news.az-ın məlumatına görə, Nyu York Assosiasiyasının təşkilatçılığı ilə baş tutan aksiyada xeyli  sayda türk və azərbaycanlı iştirak  edib.

Mitinqdə “Qarabağ bizimdir, bizim olacaq!”, “Qarabağa ədalət!”, “Vətən, biz səninləyik!”, “Ermənistan işğalçıdır!” şüarlarını səsləndirilib.

Aksiyada çıxış edənlər 1-5 aprel tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəs rejiminin pozulmasını  və dinc əhalinin öldürülməsini qətiyyətlə pisləyib, işğalçı Ermənistandan təcavüzkarlıq siyasətindən əl çəkməyi tələb ediblər.

Etiraz aksiyası ilə eyni vaxtda BMT-nin Nyu Yorkdakı mənzil qərərgahı qarşısında erməni lobbisinin nümayəndələri tərəfindən  müdaxiləyə cəhd edilsə də nəticəsiz qalıb və mitinq dinc şəraitdə başa çatıb.

1news.az

Paylaş:
498

Son xəbərlər

Bütün xəbərlər