Şabranda evdə yanğın olub
Şabran rayonunda evlərin birində yanğın olub.
1news.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, hadisə bu gün gecə saatlarında sözügedən rayonun Pirəmsən kəndində qeydə alınıb.
Belə ki, rayon mərkəzindən 14 km aralıda yerləşən kənddə vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 4 otaqlı evin eyvanının yanar konstruksiyaları 18 kv.m sahədə qismən yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 04:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
1news.az
757