Corciya Texnologiya Universitetində Azərbaycanın qlobal enerji təhlükəsizliyinə töhfəsi müzakirə olunub – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Corciya Texnologiya Universitetində Azərbaycanın qlobal enerji təhlükəsizliyinə töhfəsi müzakirə olunub – FOTO

09:44 - 12 / 04 / 2016
Corciya Texnologiya Universitetində Azərbaycanın qlobal enerji təhlükəsizliyinə töhfəsi müzakirə olunub – FOTO

ABŞ-ın Atlanta şəhərində yerləşən ABŞ-ın aparıcı və tanınmış təhsil ocaqlarından olan Corciya Texnologiya Universitetinin Səm Nan Beynəlxalq Əlaqələr İnstitutunda “Avropa və Avrasiyada dəyişən enerji landşaftı: Yeni təhdid və imkanlar” adlı konfransı keçirilib.

1news.az-ın məlumatına görə, konfransda əsas məruzəçi qismində Azərbaycan Respublikasının ABŞ-da səfiri Elin Süleymanov çıxış edib. E.Süleymanov çoxsaylı tədbir iştirakçılarına Azərbaycanın dünya enerji xəritəsində yer alan ilk ölkələrdən biri olduğunu bildirərək müstəqilliyini bərpa etdikdən sonra da Azərbaycanın bu sahədə əhəmiyyətli rolu barədə danışıb.

Azərbaycan müstəqilliyini bərpa etdikdən bir neçə il sonra ümummilli lider Heydər Əliyevin qətiyyəti və uzaqgörənliyi nəticəsində gündəmə gətirilmiş və reallığa çevrilmiş Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərlərinin Xəzər dənizi hövzəsi ilə Aralığ dənizi arsında təmas yaradaraq dünya enerji xəritəsini dəyişdiyini və bundan əlavə Azərbaycan, Türkiyə və Gürcüstan arasında könüllü və olduqca uğurlu tərəfdaşlığın başlanğıcı olduğunu deyib.

Diplomat bildirdi ki, bu tərəfdaşlığın davamı Avropa enerji təhlükəsizliyinin təmin olunmasında olduqca vacib rol oynayacaq 45 milyard ABŞ dolları dəyərində olan irimiqyaslı Cənub Qaz Dəhlizi layihəsinin yerinə yetirilməsində də öz əksini tapıb. O qeyd edib ki, bu möhtəşəm, tarixi layihənin irəliləməsində əsas rolu Azərbaycan və şəxsən Respublikamızın Prezidenti İlham Əliyev oynamaqdadır.

Bildirilib ki, Cənub Qaz Dəhlizinin vacib hissəsi olan Trans Anatoliya boru kəməri (TANAP) layihəsi üzrə razılaşma məhz Azərbaycan və Türkiyə rəhbərliyinin şəxsi təşəbbüs və liderliyi sayəsində mümkün olub. Azərbaycan diplomatı həmçinin Cənubi Qaz Dəhlizinin önəmi, onun Avropa coğrafiyasını dəyişdiyini vurğuladı və hazırda bu layihənin həyata keçirilməsi üzrə daha detallı məlumatı konfrans iştirakçılarına təqdim edib.

E.Süleymanov Bakı-Tbilisi-Qars dəmir yolu xətti və Yeni İpək Yolu, eləcə də Azərbaycanda bununla bağlı irimiqyaslı infrastruktur tikintisi barədə məlumat verərək, beləliklə bu yolu istifadəsi Asiya ilə Avropa arasında daşımaların dəfələrlə daha tez həyata keçirməyə imkan verdiyini deyib.

Səfir Dağlıq Qarabağ münaqişəsi barədə də tədbir qonaqlarına ətraflı məlumat verib. O, həmçinin təmas xəttində bir neçə gün əvvəl baş vermiş gərginlikdən danışaraq, Ermənistan tərəfinin cəbhədə bu təxribatının məhz Azərbaycan Prezidenti cənab İlham Əliyevin ABŞ-da olduğu uğurlu səfərdən qayıdarkən həyata keçirməsinin heç də təsadüf olmadığını deyərək rəsmi Yerevanın ilk dəfə deil ki belə addıma əl atdığını bildirib.

Səfir qeyd edib ki, bu bir daha münaqişədə hal-hazırkı vəziyyətin, Azərbaycan ərazilərinin Ermənistanın işğalı altında və bir milyon həmvətənimizin doğma evlərindən didərgin düşməsi halda, davam etməsinin mümkünsüzlüyünü göstərir. O bildirib ki, həll olunmamış bu münaqişə bütün regionun sülh və sabitliyini böyük təhlükə altında saxlayır və eyni zamanda Ermənistanı da regionun normal üzvü kimi integrasiya etməkdən məhrum edir. Bunun üçün isə Azərbaycan torpaqlarının işğalına son qoyulmalıdır.

Çıxışından sonra səfir iştirakçıların suallarını cavablandırıb.

Konfrasda iştirak etmiş məruzəçilər - Atlantik Şurası Analitik Mərkəzindən Bad Kut (Bud Coote), “Chevron” şirkətinin Beynəlxalq Hökumət əlaqələri meneceri Cey Tompson (Jay Thompson), Səm Nan Beynəlxalq Əlaqələr İnstitutunun professorları Adam Stalberq (Adam Stulberg) və Alasdayr Yanq (Alasdair Young) dünyada enerji bazarının spesifikası, o cümlədən burada Azərbaycanın rolunu müzakirə ediblər. Müzakirələr zamanı, həmçinin Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin dünyada enerji təhlükəsizliyi baxımından nümunəvi layihə olduğu vurğulanıb.

Atlanta şəhərinə səfəri zamanı E.Süleymanov həmçinin Amerika Yəhudi Komitəsi (AJC) üzvləri ilə görüş keçirib. Görüş zamanı o, Azərbaycanın regionda rolu və  ölkəmizdə mövcud olan tolerantlığın çoxəsrlik ənənəsindən danışıb.

1news.az

Paylaş:
430

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər