Belçikanın nüfuzlu xəbər saytında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məqalə dərc olunub
Belçikanın nüfuzlu “The Huffington Post” xəbər saytının fransız dilində fəaliyyət göstərən versiyası “Le Huffington Post”da Avropada perspektivlər və təhlükəsizlik institutunun (İPSE) tədqiqatçısı Patricia Lalondun “Dağlıq Qarabağ: münaqişənin təcili həllinə ehtiyac var” başlıqlı məqaləsi dərc olunub.
1news.az-ın məlumatına görə, məqaləsində ilk növbədə, münaqişənin tarixinə nəzər salan müəllif, Xocalı soyqırımı və onun nəticələrini xatırlayır, münaqişə nəticəsində qaçqın və məcburi köçkün düşmüş insanların təkcə fiziki deyil eyni zamanda mənəvi əzablara da düçar olduqlarına diqqət çəkir, onların daima öz doğma yuvalarına qayıtmaq arzusu ilə yaşadıqlarını vurğulayır.
Bununla yanaşı bildirilir ki, Dağlıq Qarabağın özünü müstəqil elan etməsi BMT və dünya ictimaiyyəti tərəfindən bu günədək tanınmayıb, BMT, Aİ və ATƏT-in müvafiq qətnamələri ilə Azərbaycanın ərazi bütövlüyü tanınıb və həmin qətnamələrdə Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ və ətraf rayonları azad etməsi ilə bağlı çağırışlar yer alıb.
Müəllif qeyd edir ki, əhalisinin 80%-ni müsəlmanların təşkil etdiyi Azərbaycan dünyəvi dövlətdir, ölkədə qadınların və azlıqların hüquqlarının könüllü müdafiəsi siyasəti həyata keçirilir və bu da öz növbəsində Cənubi Qafqaz regionunda radikal islamçılığın canlanmasının qarşısının alınması kontekstində vacib əhəmiyyətə malikdir.
1news.az