Elin Süleymanov: “Regional təhlükəsizliyin zəifləməsinin qarşısını almaq üçün ABŞ-ın köməyi vacibdir”
ABŞ regionda getdikcə genişlənən qeyri-stabilliyi həll etmək üçün daha çox cəhd etməli, Dağlıq Qarabağ regionunda aprelin əvvəlində yaranan gərginliyin artmasına izn verməməlidir.
1news.az xəbər verir ki, bunu Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov “Washıngton Tımes”a müsahibəsində bildirib.
O, qeyd edib ki, Rusiyanın dəstəklədiyi Ermənistan və Türkiyənin dəstəklədiyi Azərbaycan arasında meydana gələn son gərginliyin Moskva və Ankara arasında parçalanmasının davamı olub -olmadığından əmin deyil. Bu münaqiişələr nəzarətdən çıxarsa təhlükəli ola bilər.
“Bu yaxınlarda Obama administrasiyası Rusiyanın regionda artan nüfuzunu balaslaşdırmaq üçün Azərbaycanla dərin qarşlıqlı əlaqəyə maraqlı olduğunu bildirdi. Lakin regiondakı təhlükəsizliyin zəifləməsinin qarşısını almaq üçün ABŞ bölgəyə daha çox diqqət ayırmalıdır. Hesab edirəm ki, ABŞ Rusiya, Türkiyə, Ermənistan və Azərbaycana təsir etməklə bağlı real şansı itirdi”, -o, deyib.
E.Süleymanovun fikrincə, Barak Obama deyil, məhz Rusiya prezidenti Vladimir Putin bu vəziyyətdən istifadə etdi. Özünü sülhməramlı kimi nümayiş etdirərək hər iki tərəfin baş qərargah rəisini Moskvaya dəvət etdi ki, Qarabağda atəşkəs rejimi bərpa olunsun.
“Bu gün aydındır ki, regionda əsas diplomatik güc olaraq Rusiyanın rolu yüksəlib. Biz bunun şahidi olduq. Son 2 həftə ərzində Rusiya problemin həllində əvvəlki dövrdən daha aktiv iştirak etdi”,- səfir əlavə edib.
Rusiyanın tərəfləri silahla təmin etməsi məsələsinə toxunan səfir qeyd edib ki, bunlar arasında fərq ondan ibarətdir ki, Azərbaycan rus hərbi texnikası üçün nağd ödəniş edir, Ermənistan isə silahı ruslardan yardım kimi alır.
Müsahibəsində Elin Süleymanov Ermənistanı aprel ayının əvvəlindəki toqquşma zamanı zorakılıq nümayişində ittiham edib. Onun fikrincə, Ermənistan bu toqquşmanı mart ayının sonunda Azərbaycan prezidenti İlham Əliyevin Vaşinqtona səfəri ilə əlaqədar yarada biləcəyini də vurğulayıb.
“Bu məsələnin həllində müəyyən irəliləyiş olduğu zaman Ermənistan mütləq onun qarşısını almağa çalışır”,- deyə səfir vurğulayıb.
Diplomat böhranın Rusiya tərəfindən qəsdən- Ankaranı cəzalandırmaq və xarici qüvvələri xəbərdaq etmək üçün yaradılması ittihamını təkzib edib.
“Rusiya prezident V.Putin və baş nazir Dmitriy Medvedev səviyyəsində bir neçə dəfə açıq bəyan edib ki, regionda sülh və stabilliyin saxlanılmasında daha çox maraqlı olan tərəfdir. Azərbaycan Rusiyanın dediklərini nəzərə alır. Lakin bununla yanaşı Azərbaycan tərəfi ehtiyat edir ki, son toqquşma Rusiya və Türkiyə arasında gərginliyin artmasına səbəb olar. Eskalasiya potensialı və Ermənistanla azərbaycan arasında münaqişənin genişlənməsi regiona yaxşı təsir edə bilməz.
E.Süleymanov qeyd edib ki, azərbaycan prezidenti ABŞ-ın əsas rəsmi simaları ilə çoxsaylı görüşlər keçirib. Onun sözlərinə görə, Azərbaycan hökuməti Bayden və Kerriyə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatlara görə minnətdarlığını bildirib.
“Lakin bununla yanaşı Azərbaycan tərəfi uzun müddət ABŞ-ı regionda öz siyasətini daha aktiv həyata keçirməyə çağırıb. Doğrusunu desək bu indiyə qədər heç bir aktivlik görünməyib. Əgər ABŞ Rusiya ilə birlikdə münaqişənin sülh yolu ilə həllində iştirak etsə , bu çox yaxşı olar. Düşünürəm ki, regionda davamlı sülhün təmin olunması üçün bütün oyunçularin ,o cümlədən ZABŞ və Fransanın da güclü qarşılıqlı əlaqəsini görmək istərdik”, - səfir bildirib.
O, həmçinin, əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli postsovet ölkələrində digər münaqişələrin- Gürcüstan, Moldova, hətta Ukraynadakı münaqişənin həllinə səbəb olar. Belə ki, onlar bir-birinə bənzərdir və dövlətin ərazi bütövlüyünün pozulması bu problemlərin hər birində əsas faktordur.
1news.az