AVCİYA-nın petisiya layihəsi ilə bağlı Dövlət İdarəçilik Akademiyasında tədbir olub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

AVCİYA-nın petisiya layihəsi ilə bağlı Dövlət İdarəçilik Akademiyasında tədbir olub - FOTO

17:37 - 13 / 04 / 2016
AVCİYA-nın petisiya layihəsi ilə bağlı Dövlət İdarəçilik Akademiyasında tədbir olub - FOTO

Aprelin 13-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) bir həftə öncə start verdiyi “Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması naminə” adlı petisiya layihəsi müzakirə edilib.

1news.az-ın verdiyi xəbərə görə, layihə çərçivəsində Ağ Ev Administrasiyasının internet resursunda AVCİYA prezidenti Elxan Süleymanovun imzası ilə Obama Administrasiyasına petisiya ilə müraciət olunub.

Dövlət İdarəçilik Akademiyasının professor-müəllim və tələbə heyətinin iştirak etdiyi tədbiri giriş sözü ilə Akademiyanın rektoru, akademik Urxan Ələkbərov açıb.

Urxan Ələkbərov petisiyanın əhəmiyyəti haqqında tədbir iştirakçılarına məlumat verib.

AVCİYA-nın prezidenti, millət vəkili Elxan Süleymanov qeyd etdi ki, layihənin fəaliyyət göstərdiyi bir həftə ərzində 100 min nəfərdən artıq insanın ona səs verməsi, petisiyanın bu qədər geniş əks-səda doğurması bir daha göstərdi ki,  insanlarımız ölkəmizin gələcəyinə görə məsuliyyət daşıdıqlarını aydın başa düşürlər. Elxan Süleymanov 100 min səsin son hədd olmadığını vurğuladı, səslərin miqdarını qat-qat artırmağın gərəkliliyini söyləyərək, hər bir kəsi səsvermə prosesində fəal olmağa çağırdı.

“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin direktoru İradə Yaqubova tədbir iştirakçılarına səsvermə qaydaları ilə tanış etdi və sualları cavablandırıb.

1news.az

Paylaş:
598

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər