Hikmət Hacıyev: “Ermənistan rəhbərliyi regionda sülh, sabitlik və çiçəklənmənin təmin olmasına mane olur”
“Azərbaycan həmişə münaqişənin həlli prosesində hərtərəfli razılaşma ilə nətilənəcək substantiv danışıqların tərəfdarı olub”.
1news.az-ın verdiyi xəbərə görə, bu barədə ATƏT-in ABŞ-dan olan həmsədri Ceyms Uorlikin açıqlaması ilə əlaqədar APA-nın sorğusuna cavab olaraq XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
“Təəssüflər olsun ki, son illər ərzində Ermənistan substantiv danışıqlardan yayınıb, vəziyyətin gərginləşməsinə xidmət edən təxribatçı əməllərini davam etdirib və hər vəchlə status-kvonun saxlanmasına çalışıb. Bu gün hamı çox yaxşı başa düşür ki, məhz Ermənistanın rəhbərliyi regionda sülh, sabitlik və çiçəklənmənin təmin olmasına maneə olur”- deyə, H.Hacıyev qeyd edib.
1news.az
513