Ağ Evin rəsmi saytında Qarabağda ədalətin bərpasına çağırışla bağlı petisiya lazımi imza toplayıb - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Ağ Evin rəsmi saytında Qarabağda ədalətin bərpasına çağırışla bağlı petisiya lazımi imza toplayıb - FOTO

12:19 - 13 / 04 / 2016
Ağ Evin rəsmi saytında Qarabağda ədalətin bərpasına çağırışla bağlı petisiya lazımi imza toplayıb - FOTO

Ağ Evin rəsmi saytında Qarabağda ədalətin bərpasına çağırışla bağlı petisiya 100 min imza toplayıb ki, bu da rəsmi cavabın verilməsi üçün vacibdir.

6 aprel tarixində “Ədaləti təmin etmək və böyük fəlakətin qarşısını almaq” adı altında yerləşdirilən petisiyanın səhəri günü Azərbaycan və Ermənistan 4 gün davam edən hərbi əməliyyatlardan sonra təmas xəttində atəşi dayandırdı.

Sənəd Obama Administrasiyasını AŞPA-nın 2085№ qətnaməsini dəstəkləməyə, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çıxarılmasına kömək etməyə və regionda humanitar fəlakətin qarşısını almağa çağırır.

Mətndə bildirilir ki, AŞPA-nın 2085№-li qətnaməsində Dağlıq Qarabağın və digər Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunması faktı qeyd olunub. Qətnamədə dərhal erməni silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılması tələb olunur.

Çağırışa dünyanın müxtəlif ölkələrindən olan məşhur insanların da qoşulması bir neçə gün ərzində 100min səsin toplanmasına səbəb olub ki, bu daAğ Evin ona cavab verməsini təmin edir.

Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunması ilə bağlı petisiyanı tanınmış türk futbolçu, “Barselona” klubunun oyunçusu Arda Turan da dəstəkləyib. “Qardaş Azərbaycan xalqının başladığı kampaniyaya mən də imza atdım”,- qeydini futbolçu Twitter hesabında yazıb.

“Fənərbaxça” futbol klubu da qardaş Azərbaycanı dəstəkləməsi ilə bağlı rəsmi Facebook səhifəsində öz fanatlarına müraciət  edib.

Bundan əlavə, Türkiyə məşhurları da Ağ Evin saytında yerləşdirilən petisiyanı dəstəkləyib.

1news.az

Paylaş:
970

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər