İvo Yosipoviç Azərbaycan prezidentinə məktub göndərib | 1news.az | Xəbərlər
Rəsmi

İvo Yosipoviç Azərbaycan prezidentinə məktub göndərib

20:25 - 12 / 04 / 2016
İvo Yosipoviç Azərbaycan prezidentinə məktub göndərib

Xorvatiyanın sabiq prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü İvo Yosipoviç Azərbaycan prezidenti İlham Əliyevə məktub göndərib.

1news.az-ın məlumatına görə, məktubda deyilir:

“Hörmətli cənab Prezident, Dağlıq Qarabağ münaqişəsində gərginliyin gözlənilmədən artması və uşaqlar da daxil olmaqla insan tələfatı ilə nəticələnən atəşkəsin pozulması xəbərini eşidəndə çox sarsıldım. Xahiş edirəm, başsağlığımı qəbul edin. Vəziyyətlə əlaqədar dərin narahatlığımı bildirirəm. İnanıram ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin hər bir üzvü mənim hisslərimi bölüşür və münaqişənin tezliklə sülh yolu ilə həllini arzulayır.

Mən münaqişənin həllində müharibəni deyil, diplomatiyanı vasitə kimi görürəm. Atəşkəsin bərpası vacib olan ilk addımdır. İnanıram ki, Siz, cənab Prezident, vəziyyətdən yararlanaraq bu münaqişənin beynəlxalq hüquq, o cümlədən dövlətlərin ərazi bütövlüyü çərçivəsində son və davamlı həlli üçün danışıqlara başlayacaqsınız.

Cənab Prezident, dünyanın digər ölkələri kimi, Sizin ölkənizdə də sülh, ərazi bütövlüyü və vətəndaşların həyat təhlükəsizliyi olmalıdır. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri lazım olarsa, münaqişənin davamlı və sülh yolu ilə həlli üçün təcrübələrindən istifadə edərək istənilən səviyyədə dialoqa qatılıb dəstək vermək arzusundadırlar.

Cənab Prezident, Sizə dərin ehtiramımı və hörmətimi qəbul etməyinizi xahiş edirəm”.

1news.az

Paylaş:
515

Son xəbərlər

31 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilibBu gün, 11:20Bu il icbari tibbi sığorta hesabına icra olunan diskektomiya əməliyyatının sayı açıqlanıbBu gün, 11:06AFFA nümayəndəsi “Mançester Siti”nin oyununa təyinat aldıBu gün, 10:32Azərbaycan və Braziliya arasında turizm əlaqələri müzakirə olunub - FOTOBu gün, 10:12Bu gündən bəzi məktəblərdə dərslər başlayıbBu gün, 09:41AMB günün valyuta məzənnəsini açıqladıBu gün, 09:20Paytaxt yollarında vəziyyət necədir? - NİİM açıqladıBu gün, 09:17Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50
Bütün xəbərlər