İsrail Azərbaycanı səfər üçün təhlükəli ölkələr siyahısına daxil edib
İsrailin terrorla mübarizə qərargahı çoxlu sayda israillinin ölkə xaricinə getdiyi Pesax bayramı ərəfəsində yeni xəbərdarlıq yayıb.
1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, xəbərdarlıq təkhükəsizlik məqsədilə vətəndaşların hansı ölkələrə getməməsinin daha yaxşı olacağıyla bağlıdır.
Qərargahın saytında dərc edilmiş yeni siyahıya əsasən, Türkiyə Pakistan və bir neçə Afrika ölkələri ilə yanaşı, səfər üçün ən təhlükəli yerlərdən biridir.
Bununla yanaşı, siyahıda hələ də Azərbaycan var. İsrailin terrorla mübarizə qərargahı vətəndaşlara xüsusi ehtiyac olmadan Azərbaycana səfər etməməyi tövsiyə edib.
Eyni zamanda, qərargahın xəbərdarlığında qeyd edilib ki, hara getməkdən, harada olmaqda asılı olmayaraq, hətta Qərbi Avropada belə diqqətli olmaq lazımdır. Terrorla mübarizə qərargahı israilli vətəndaşlara ən təhlükəsiz saydıqları məkanlarda belə sıx insan kütləsinin olduğu və terror aktlarının törədilməsinin mümkün olduğu yerlərdən, o cümlədən stadionlardan, dəmir yolu stansiyalarından, alış-veriş mərkəzlərindən və s. uzaq durmağı tövsiyə edib.
1news.az