Mübariz Əhmədoğlu: “Ermənistan azərbaycanlıların Dağlıq Qarabağa qayıtmasından hədsiz dərəcədə qorxur” | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: “Ermənistan azərbaycanlıların Dağlıq Qarabağa qayıtmasından hədsiz dərəcədə qorxur”

12:52 - 13 / 04 / 2016
Mübariz Əhmədoğlu: “Ermənistan azərbaycanlıların Dağlıq Qarabağa qayıtmasından hədsiz dərəcədə qorxur”

Yenilənmiş Madrid prinsiplərinin tələbinə görə Dağlıq Qarabağ azərbaycanlıları Dağlıq Qarabağa qayıtmadan Dağlıq Qarabağın statusunu müəyyən etmək qeyri-mümkündür.

1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun son günlərdəki fəaliyyətini şərh edərkən deyib:

“Yerevanda keçirdikləri mətbuat konfransında həmsədrlər (İ.Popov) Dağlıq Qarabağ ətrafındakı ərazilərin qaytarılması ilə Dağlıq Qarabağın statusunun müəyyən olunmasını bir-birinə bağladılar, bir-biri ilə əlaqəli şəkildə təqdim edirlər. Yenilənmiş Madrid prinsiplərinin tələbinə görə, Dağlıq Qarabağ azərbaycanlıları Dağlıq Qarabağa qayıtmadan Dağlıq Qarabağın statusunu müəyyən etmək qeyri-mümkündür. Ermənistan prezidenti Serj Sarkisyan Dağlıq Qarabağın erməni icmasına Dağlıq Qarabağın azərbaycanlı icması ilə təmasda olmağı qadağan edib”.

S.Sarkisyan nəinki Dağlıq Qarabağ azərbaycanlılarının Dağlıq Qarabağa, hətta azərbaycanlıların Dağlıq Qarabağ ətrafındakı rayonlara qayıtmasının əleyhinə olduğunu deyən M.Əhmədoğlunun sözlərinə görə, Ermənistan azərbaycanlıların Dağlıq Qarabağa qayıtmasından hədsiz dərəcədə qorxur. Bundan başqa politoloq bu vaxta qədər həmsədrlərin bir dəfə də olsun Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları arasında dialoq məsələsini gündəliyə gətirməməsinə də diqqət çəkib:

“Məhz buna görə, Azərbaycan rəsmi şəkildə dəfələrlə Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları arasında dialoq məsələsini qaldırsa da Ermənistanın qadağası buna imkan verməyib. Həmsədrlər isə S.Sarkisyanın bu qadağası ilə hesablaşırlar. Bu vaxta qədər həmsədrlər bir dəfə də olsun Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları arasında dialoq məsələsini gündəliyə gətirməyib. Həmsədrlər Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları arasında dialoqu bu vaxta qədər gündəliyə gətirmədikləri halda Dağlıq Qarabağ azərbaycanlılarının Dağlıq Qarabağa qaytarılması məsələsini müzakirə etməsi absurddur.

ATƏT MQ həmsədrləri ərazilərin Azərbaycana qaytarılması ilə Dağlıq Qarabağın statusunun müəyyən olunmasını əlaqələndirməsini doğrudan da həll variantı kimi görürlərsə, onlar bu vaxta qədər Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları arasında dialoqu qurmalı idilər. Bu dialoq işlək mexanizmə çevrilməli idi.

Dağlıq Qarabağ münaqisəsi regionunda yeni müharibədən qaçmaq şansı var və bu, həmsədrlərin əlindədir”.

1news.az

Paylaş:
622

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər