Tovuzda heyvan otarmağa gedən məktəbli başından güllələndi
Tovuz rayonunda qətl hadisəsi törədilib.
1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə ötən gün rayonun Qalaboynu kəndi yaxınlığındakı örüş sahəsində qeydə alınıb.
Kənd sakinlərinin məlumatına görə, 10-cu sinif şagirdi, 17 yaşlı Məqsəd İlqar oğlu Əmiraslanov qohumu və sinif yoldaşı ilə heyvan otarmağa gedib.
Onlar heyvanlarını canavarlardan qorumaq üçün özləri ilə ov tüfəngi də götürüblər. Onlar zarafatlaşan zaman ov tüfəngi açılıb və M.Əmiraslanov başından xəsarət alıb. O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı Tovuz Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
1news.az
520