Gəncədə bankomatı sındıraraq içərisindəki pulu aparan şəxslər tutuldular
Bir həftə öncə Gəncə şəhərində bankomatı sındıraraq içərisindəki pulları oğurlayan şəxslər saxlanılıblar.
1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.
Məlumata görə, şəhərin Nizami Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 7-də “Komtec LTD” şirkətinə məxsus “Milli ön” ödəmə terminalını sındırmış və içərisindəki 217 manatı oğurlamış Gəncə şəhər sakinləri Tural Ələşrəfov, Həsən Salmanov və Atil Hacıyev tutulublar.
1news.az
640