Prezidentin mətbuat katibi: “Azərbaycan Prezidentinin Cəmiloğlu və Çubarovla görüşü olmayıb” | 1news.az | Xəbərlər
Siyasət

Prezidentin mətbuat katibi: “Azərbaycan Prezidentinin Cəmiloğlu və Çubarovla görüşü olmayıb”

18:18 - 14 / 04 / 2016
Prezidentin mətbuat katibi: “Azərbaycan Prezidentinin Cəmiloğlu və Çubarovla görüşü olmayıb”

Bu gün bəzi media orqanlarında İstanbulda Azərbaycan prezidenti İlham Əliyevin Krım tatarlarının liderləri Mustafa Cəmiloğlu və Refat Çubarovla görüşü ölması barədə məlumat yayıb.

1news.az-ın verdiyi xəbərə görə, bu məlumata münasibət bildirən Azərbaycanın Prezidentinin mətbuat katibi Azər Qasımov APA-ya açıqlamasında deyib:

“Bəli, bu gün İslam Əməkdaşlıq Təşkilatının Zirvə toplantısının sessiyasında fasilə zamanı Azərbaycan prezidenti çay içərkən Cəmiloğlu və Çubarov prezidentə yaxınlaşaraq özlərini təqdim ediblər. Beləliklə, bunu hər hansı görüş adlandırmaq olmaz”.

1news.az

Paylaş:
1478

Son xəbərlər

Bütün xəbərlər