AVCİYA-nın petisiya layihəsi Gəncənin ali təhsil müəssisələrində müzakirə olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

AVCİYA-nın petisiya layihəsi Gəncənin ali təhsil müəssisələrində müzakirə olunub

18:41 - 14 / 04 / 2016
AVCİYA-nın petisiya layihəsi Gəncənin ali təhsil müəssisələrində müzakirə olunub

Gəncə Dövlət Universitetində Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) tərəfindən irəli sürülmüş “Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması naminə” adlı petisiya layihəsi müzakirə olunub.

1news.az xatırladır ki, layihə çərçivəsində Ağ Ev Administrasiyasının internet resursunda AVCİYA-nın prezidenti, millət vəkili Elxan Süleymanovun imzası ilə Obama Administrasiyasına petisiya ilə müraciət olunub. (https://petitions.whitehouse.gov/petition/establish-justice-and-prevent-great-catastrophe).

Gəncə Dövlət Universitetinin müəllim və tələbə heyətinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan universitetinin prorektoru Asif Cavadov petisiyanın əhəmiyyəti barədə danışıb.

Daha sonra AVCİYA-nın əməkdaşı Bəxtiyar Məmmədli petisiya layihəsi və görülən işlər barədə məlumat verib. O, millət vəkili Elxan Süleymanov təşəbbüsü ilə hələ 2013-cü ildən “Sərsəng Harayı” adlı layihəyə start verildiyini və qəzalı vəziyyətdə olan Sərsəng su anbarının Azərbaycanın 7 rayonu üçün real təhlükə yaratması ilə bağlı Avropa təşkilatları qarsında məsələ qaldırılıb. Avropa Şurası Parlament Assambleyasının qəbul etdiyi 2085 saylı qətnamədə bu təhlükənin miqyası vurğulanır. Petisiya layihəsində qaldırılan tələblərdə də həmin qətnamənin müddəaları əksini tapıb. 

Elə həmin gün Azərbaycan Texnologiya Universitetində də müəllim və tələbə heyətinin iştirakı ilə tədbir keçirilib. Universitetin prorektoru Mübariz İsayev çıxış edərək Obama Administrasiyasına ünvanlanan petisiyanın əhəmiyyəti  barədə danışıb və kollektivi petisiyaya səsvermə prosesində fəal olmağa çağırıb.

Aprelin 13-də  Azərbaycan Dövlət Aqrar Universitetində də müəllim və tələbələrin iştirakı ilə ilə keçirilən tədbirdə AVCİYA tərəfindən Ağ Ev Administrasiyasına ünvanlanan “Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması naminə” adlı petisiyadan bəhs olunub. Tədbirdə çıxış edən universitetinin prorektoru Aida Qasımova qeyd edib ki, hər bir vətəndaş bu petisiyanın imzalanmasında yaxından iştirak etməlidir.

Hər üç tədbirin iştirakçılarına səsvermə qaydaları barədə məlumat verilib və onların sualları cavablandırılıb.

1news.az

 

Paylaş:
649

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər