Mübariz Qurbanlı İsveçdə dini icmaların nümayəndələri ilə görüşüb – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Mübariz Qurbanlı İsveçdə dini icmaların nümayəndələri ilə görüşüb – FOTO

22:32 - 14 / 04 / 2016
Mübariz Qurbanlı İsveçdə dini icmaların nümayəndələri ilə görüşüb – FOTO

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İsveçə səfəri çərçivəsində Uppsala şəhərində “Beynəlxalq Həyat Sözü” təşkilatının rəhbəri Kristian Akerhielm, habelə “Həyat Sözü” Kilsəsinin rəhbərliyi və icma üzvləri ilə görüşüb.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, görüşdə təşkilatın rəhbəri icmanın fəaliyyəti, beynəlxalq əlaqələri, gördüyü işlər haqqında məlumat verib. O qeyd edib ki, kilsə 1983-cü ildən fəaliyyət göstərir və təkcə Skandinaviya ölkələri deyil, bütün dünya üçün mərkəz rolunu oynayır. Kilsədə uşaq bağçaları və xristian məktəbləri, eyni zamanda, Bibliya məktəbinin fəaliyyət göstərdiyini bildirən Kristian Akerhielm vurğulayıb ki, MDB ölkələrində “Həyat Sözü” Kilsəsinin 200 minə yaxın üzvü və mindən çox kilsəsi var.

İlk dəfə 1994-cü ildə Azərbaycanda səfərdə olduğunu bildirən K.Akerhielm o zaman ümummilli lider Heydər Əliyevlə görüşdüyünü və həmin tarixi görüşü böyük məmnunluq hissi ilə xatırladığını qeyd edib. Təşkilatın rəhbəri deyib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin başladığı ilk illərdə onlar Azərbaycanda qaçqın və məcburi köçkünlərə humanitar yardım göstəriblər. O, ölkəmizə səfərləri zamanı Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycanın sürətli inkişafını müşahidə etdiyini, burada bütün dini konfessiyaların birgə sülh və əmin-amanlıq şəraitində yaşadıqlarını vurğulayıb.

Mübariz Qurbanlı Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra çətin, amma uğurlu inkişaf yolu keçdiyini, ulu öndər Heydər Əliyevin başlatdığı siyasi kursun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Azərbaycanın Qafqazın ən inkişaf etmiş respublikası olduğunu diqqətə çatdırıb. Komitə sədri bildirib ki, Azərbaycan ənənəvi multikultural və tolerant dəyərlərə malik ölkədir və burada tarixən müxtəlif xalqlar və dinlərə mənsub insanlar qarşılıqlı hörmət və əmin-amanlıq şəraitində birgə yaşayıblar. O qeyd edib ki, Azərbaycan dünyəvi dövlət olmasına baxmayaraq, dini etiqadından asılı olmayaraq bütün vətəndaşlara dövlət tərəfindən diqqət və qayğı göstərilir, hər il dini icmaların fəaliyyətinin yaxşılaşdırılması, dini maarifçilik işinin genişləndirilməsi üçün dövlət tərəfindən maliyyə yardımı ayrılır.

Mübariz Qurbanlı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edərək son günlərdə cəbhə xəttində baş verən hadisələr haqqında ətraflı məlumat verib.

Sonra Dövlət Komitəsinin sədri kilsənin sosial işlər üzrə mütəxəssisləri, qaçqınlar üzrə məsul şəxsləri Eva Mobek və Yane Blum ilə görüşüb. Mübariz Qurbanlı kilsə ərazisində olan qaçqın düşərgəsinə gedərək Suriyadan olan qaçqın türkmənlərin yaşayış şəraiti ilə yaxından maraqlanıb.

Dövlət Komitəsinin sədri Uppsala şəhərindəki məscidi ziyarət edərək müsəlman icmasının nümayəndələri ilə də görüşüb.

1news.az

Paylaş:
775

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər