Araz Əlizadə: “Ermənilərin silah istehsal etməklə bağlı arzuları tamamilə cəfəngiyyatdır və gülüş doğurur” | 1news.az | Xəbərlər
Siyasət

Araz Əlizadə: “Ermənilərin silah istehsal etməklə bağlı arzuları tamamilə cəfəngiyyatdır və gülüş doğurur”

11:59 - 14 / 04 / 2016
Araz Əlizadə: “Ermənilərin silah istehsal etməklə bağlı arzuları tamamilə cəfəngiyyatdır və gülüş doğurur”

Ermənilər bu yaxınlarda qoşunların təmas xəttində dörd gün davam edən hərbi əməliyyatlardan sonra hələ də şokdan ayılmayıblar. Görünür bu hadisələr onların zəif psixikalarına çox ciddi təsir edib.

Əsassız görünməmək üçün sadəcə fikirlərimi təsdiq edən bir misal gətirəcəyəm, gerisini isə siz mühakimə edin.

Ermənistanın aparıcı KİV-indən biri olan “Novosti-Armeniya”nın məlumat verdiyi kimi, “Arsaq müharibəsinin veteranları birliyinin şərəfli nümayəndəsi” olan Hamlet Ovsepyan ermənilərin öz silah növlərinin hazırlanmasından bəhs edib.

Ermənistanın “şərəfli” veteranının nəticələrinə görə, təmas xəttində baş verən son hadisələr 1990-cı il müharibəsindən fərqli olaraq texnoloji müharibədir.

“Hazırda düşmənimiz hərbi texnikasını müasir silahlarla təkmilləşdirib və biz də bu cür hərəkət etməliyik” – Ovsepyan narahatlığını bildirib.

Bir sözlə o, müdafiə sənayesi sahəsində çalışan və müasir silah ixtira edən dünyadakı bütün erməni alimlərini çağıraraq Ermənistana silahın yeni növlərinin hazırlanmasında yardım etməsini istəyib.

Sonra isə daha çoxdur.

Belə görünür ki, işgüzar veteran hətta erməni arzusunun həyata keçməsi üçün doğru yol da tapıb.

“Biz, milli rüsümları daxil edərək kifayət qədər vəsait toplaya bilərik”, - Ovsepyan bildirib.

Məsələyə ilə bağlı şərh almaq üçün azərbaycanlı politoloq, Sosial-demokratlar Partiyasının sədri Araz Əlizadəyə müraciət etdik.

“Təqaüdçü Ovsepyanın ermənilərin öz silahlarını istehsal etməklə bağlı fikirləri mənə “erməni radiosu” silsiləsindən olan lətifələri və məşhur “Ac toyuq yuxusunda darı görər” atalar sözünü xatırlatdı”, - A.Əlizadə 1news.az-a müsahibəsində bildirib.

Onun sözlərinə görə, ermənilərin silah düzəltməklə bağlı həyata keçməyən və real olmayan arzuları – tamamilə cəfəngiyyatdır və gülüş doğurur.

“Bununla belə, ermənilərə layiq olduqlarını vermək lazımdır. Çünki elə sahələr var ki, ermənilərin orada tayı-bərabəri yoxdur. Misal üçün, ermənilər çox yaxşı divar kağızı yapışdırır, maşın təmir edir, onlardan bacarıqlı dərzilər çıxır. Ermənilərin çəkməçiliyi – sadəcə möhtəşəmdir! Bənnaçılıq! Bilirsiniz, bəyan etdiyim bu sahələr ermənilər üçündür... Lakin söhbət hərbi sənaye sahəsindən gedirdə, o zaman yumşaq desək, veteran kələk gəlib. Hərbi sənaye kompleksi yaratmaq – bu, çəkmə pinəmək və ya karbürator yumaq deyil. Bu, çox ciddi işdir.

Ölkənin vəsaitləri yoxdur ki, vətəndaşlarını nə cürsə təmin etsin. Onlar isə silah istehsal etmək istəyir, texnika və digər vasitələrin çatışmazlığını demirən hələ... 

Düşünürəm ki, təqaüdçü yoldaşa xatırlatmaq lazımdır ki, dünyada silah istehsal edən çox az ölkə var. Bu dəbdəbəni özünə yalnız bütün dünya ilə ticarət edən ölkələr verə bilər. Bunlar – ABŞ, Rusiya, İngiltərə, Fransa, Almaniya və Çindir. Digər ölkələr də var ki, onlar məhdud sayda silah istehsal edir. Beləliklə, ermənilər bu haqda yalnız xəyal edə bilərlər”, - A.Əlizadə bildirib.

1news.az

Paylaş:
645

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər