İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

16:36 - 15 / 04 / 2016
İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 15-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, Cənubi Qafqaz üzrə xüsusi nümayəndə Herbert Salber ötən səfərindən keçən az müddət sonra Avropa İttifaqı rəhbərliyinin tapşırığı ilə ölkəmizə yenidən səfər etməsinin aprelin əvvəlində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş hadisələrin daha yaxından öyrənilməsi ilə bağlı olduğunu dedi.

Herbert Salber Avropa Komissiyasının vitse-prezidenti, Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi xanım Federika Moqerininin Azərbaycana son səfərini xatırladı.

Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində yaranmış gərginliyin narahatlıq doğurduğunu qeyd edən Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Avropa Parlamentinin bu günlərdə keçirilən plenar iclasında təmsil etdiyi qurumun baş vermiş hadisələrə öz münasibətini bildirdiyini, bu istiqamətdə müzakirələrin aparıldığını vurğuladı, məsələnin Avropa İttifaqının gələn həftə Lüksemburqda keçiriləcək Xarici Məsələlər Şurasında da müzakirəyə çıxarılacağını dedi.

Söhbət zamanı qeyd olundu ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqların tarixinə nəzər saldıqda, Ermənistan ordusunun qoşunların təmas xəttində vaxtaşırı silahlı təxribatlar törətməsi müşahidə olunur. Azərbaycanın cəbhə xəttinə yaxın yerləşən yaşayış məntəqələri mütəmadi surətdə Ermənistan tərəfindən atəşə tutulur, uşaqlar, qadınlar, qocalar da daxil olmaqla, mülki əhali həlak olur. Bildirildi ki, məqsəd münaqişə ilə bağlı mövcud vəziyyəti olduğu kimi saxlamaqdır.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı gedən proseslər, eləcə də Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq əlaqələrinin vəziyyəti və perspektivlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

1news.az

Paylaş:
1015

Son xəbərlər

Yağış, duman, külək - Baza gününün havası açıqlandıBu gün, 12:39DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənibBu gün, 11:53Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlarBu gün, 11:4431 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilibBu gün, 11:20Bu il icbari tibbi sığorta hesabına icra olunan diskektomiya əməliyyatının sayı açıqlanıbBu gün, 11:06AFFA nümayəndəsi “Mançester Siti”nin oyununa təyinat aldıBu gün, 10:32Azərbaycan və Braziliya arasında turizm əlaqələri müzakirə olunub - FOTOBu gün, 10:12Bu gündən bəzi məktəblərdə dərslər başlayıbBu gün, 09:41AMB günün valyuta məzənnəsini açıqladıBu gün, 09:20Paytaxt yollarında vəziyyət necədir? - NİİM açıqladıBu gün, 09:17Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39
Bütün xəbərlər