Müdafiə naziri Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Müdafiə naziri Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə görüşüb

17:31 - 15 / 04 / 2016
Müdafiə naziri Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə görüşüb

Bu gün Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Herbert Salberin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

1news.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş verən son hadisələr, döyüş əməliyyatlarının aktivliyinin artması, hazırkı vəziyyətə dair məsələlərin müzakirə edildiyi görüşdə general-polkovnik Z.Həsənov düşmən tərəfindən yaşayış məntəqələrimizin və mülki əhalinin atəşə məruz qalması faktlarını diqqətə çatdırıb.

Müdafiə naziri, beynəlxalq birlik tərəfindən tanınan Azərbaycan ərazilərinin 20 ildən artıq bir vaxtda erməni işğalı altında olmasını, bunun nəticəsində bir milyondan çox soydaşımızın didərgin düşdüyünü, danışıqlar prosesinin nəticəsiz qalmasını da bir daha qonaqlara xatırladıb.

"Ermənistan Silahlı Qüvvələrinin işğal edilmiş ərazilərdən qeyd-şərtsiz çıxması ilə bağlı BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul edib. Ermənistan hakimiyyəti isə uzun illərdir beynəlxalq ictimaiyyətin haqlı tələbinə məhəl qoymur və mövcud "status-kvo"nu saxlamaqda davam edir.

Bizə yaxşı məlumdur ki, işğalçılar Azərbaycan əsgərinin onlara vurduğu zərbədən sonra ağır vəziyyətə düşüblər. Ona görə də Ermənistan dünyanın müxtəlif qaynar nöqtələrindən muzdluları, terror təşkilatlarının üzvlərini könüllü adı altında Azərbaycanın işğal olunmuş ərazilərinə toplamağa çalışır. Rəsmi Yerevan artıq öz hərəkətlərində heç nəyə məhəl qoymadan açıq-aydın terror təşkilatları ilə əməkdaşlığa gedərək bunu dövlət siyasəti səviyyəsinə yüksəldib. Beynəlxalq təşkilatlardan, dünya ictimaiyyətindən bu məsələyə düzgün, obyektiv qiymət verilməsini tələb edirik.

Əks-halda, Silahlı Qüvvələrimiz Ali Baş Komandanın söylədiyi kimi ərazilərimizin işğal altında saxlanılması faktı ilə heç vaxt barışmayacaq və torpaqlarımızın azad edilməsi kimi müqəddəs vəzifəni mütləq yerinə yetirəcəkdir", - deyə nazir bildirib.

Görüşdə iştirak edən Azərbaycan Respublikası baş prokurorunun müavini - Azərbaycan Respublikasının Hərbi prokuroru ədliyyə general-leytenantı Xanlar Vəliyev Ermənistan hakimiyyətində təmsil olunan şəxslərin Azərbaycan torpaqlarının işğalında və törədilən ağır cinayətlərdə iştirakı, son döyüş əməliyyatları zamanı erməni hərbçilərin silahlı münaqişələr hüququnu pozaraq azərbaycanlı mülki əhaliyə qarşı zorakılığı, döyüş meydanında qalmış meyitlərə olan hörmətsizlik, o cümlədən digər fakt və dəlilləri qonaqların diqqətinə çatdırıb.

Sonda qonaqları maraqlandıran bütün suallar ətraflı cavablandırılıb.

1news.az

Paylaş:
401

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər