Erməni hücumundan zərər çəkən cəhbəyanı bölgələrdə 49 mina və mərmi aşkarlanıb
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) nümayəndələri 7-14 aprel müddətində erməni silahlı qüvvələrinin hücumuna məriz qalan cəbhəyanı bölgələri- Tərtər, Ağcabədi ,Ağdam, Füzuli və Goranboy rayonlarında açılmamış 49 mina və mərmi aşkarlanaraq zərərsizləşdirilib.
1news.az xəbər verir ki, bu haqda ANAMA-nın mətbuat xidmətinin rəhbəri Səbinə Serkarova məlumat verib. Onun sözlərinə görə, ANAMA-nın operativ qruplarının əməkdaşları cəbhəyanı yaşayış ərazilərinin minasızlaşdırılmasına davam edir.
Xatırladaq ki, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi tərəfindən cəbhəyanı bölgələrin minalardan təmizlənməsi üçün bir neçə operativ qrup yaradılıb, Milli Ordumuzun azad etdiyi ərazilərin də minasızlaşdırılmasına hazır olduğunu bildirib.
1news.az