Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilir
Milli Məclisin yaz sessiyasının növbəti iclası işə başlayıb.
1news.az-ın məlumatına görə, iclasda ikinci səsvermədə “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə Konstitusiya Qanununa baxılacaq, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası üzvlərinin və əvəzedici üzvlərinin seçilməsi haqqında qanun layihəsi nəzərdən keçiriləcək.
Milli Məclisdə Azərbaycan Respublikası Hesablama Palatasının hesabatı da dinləniləcək.
Deputatlar, həmçinin “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında dəniz nəqliyyatı üzrə institusional əməkdaşlığa dair” Sazişin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsinə münasibət bildirəcəklər.
Bundan başqa, iclasda “Sosial sığorta haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Psixiatriya yardımı haqqında” qanunlarda , İnzibati Xətalar, Mülki Prosessual məcəllələrdə dəyişiklik edilməsi barədə qanun layihələrinə baxılacaq.
1news.az