Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının iclası keçirilib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

16:28 - 16 / 04 / 2016
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

Məzahir Pənahovun sədrliyi ilə 2016-cı il aprelin 16-da Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

Əvvəlcə MSK sədri Komissiya üzvlərini 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə tanış edib və bildirib ki, dövlət başçısının Sərəncamı ilə seçkilər 2016-cı il iyunun 18-nə təyin edilib.

Sonra iclasda təkrar seçkilər üzrə seçki qanunvericiliyində nəzərdə tutulmuş tədbirlərin ardıcıl və keyfiyyətlə həyata keçirilməsi, seçki prosesinin iştirakçılarına metodiki yardım göstərilməsi və onların seçki prosesindəki fəaliyyətlərinin daha da sadələşdirilməsi məqsədilə 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərin hazırlanıb keçirilməsi üçün əsas hərəkət və tədbirlərin Təqvim Planı müzakirə olunub və təsdiq edilib.

İclasda seçki hüquqlarının pozulması ilə əlaqədar hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması və vətəndaşların aktiv və passiv seçki hüquqlarının daha səmərəli təmin olunması üçün MSK nəzdində ekspert qrupunun yaradılmasına dair məsələyə də baxılıb. Komissiyanın qərarı ilə MSK nəzdində 9 nəfərdən ibarət tərkibdə ekspert qrupu yaradılıb. 90 saylı Ağdaş seçki dairəsi dairə seçki komissiyası nəzdində qanunvericilikdə nəzərdən tutulmuş müddətdən gec olmayaraq, müvafiq tələblərə cavab verən 3 nəfərdən ibarət ekspert qrupunun yaradılması isə sözügedən dairə seçki komissiyasına həvalə edilib.

MSK-nın iclasında 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərdə namizədin qeydə alınması üçün təqdim edilən imza vərəqələrində və onlara əlavə edilmiş sənədlərdə olan məlumatların düzgünlüyünü yoxlamaq məqsədilə müvafiq dövlət qurumlarının mütəxəssislərindən ibarət işçi qrupu yaradılıb və Komissiyanın üzvü işçi qrupunun rəhbəri təyin olunub.

İclasda həmçinin 90 saylı Ağdaş seçki dairəsinin dairə seçki komissiyasının tərkibi formalaşdırılıb.

Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb.

1news.az

Paylaş:
1165

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər