Malta və Makedoniya prezidentləri BMT Sivilizasiyalar Alyansının Bakı Forumunda iştirak edəcək | 1news.az | Xəbərlər
Siyasət

Malta və Makedoniya prezidentləri BMT Sivilizasiyalar Alyansının Bakı Forumunda iştirak edəcək

16:44 - 16 / 04 / 2016
Malta və Makedoniya prezidentləri BMT Sivilizasiyalar Alyansının Bakı Forumunda iştirak edəcək

Aprelin 25-27-də Azərbaycanda Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının VII Qlobal Bakı Forumu keçiriləcək.

Forumda iştirak etmək üçün Maltanın Prezidenti xanım Mari-Luiz Koleyro və Makedoniya Respublikasının Prezidenti George İvanov Bakıya gələcək.

Mədəniyyət və Turizm Nazirliyindən 1news.az-a bildirilib ki, ümumilikdə üç gün müddətində yüksək rəsmilərin toplantısı, 30-a yaxın sessiya keçirilməsi nəzərdə tutulub. BMT SA-nın yüksək səviyyəli toplantısında Bakı Bəyannaməsinin qəbul edilməsi planlaşdırılır.

Qeyd edək ki, Azərbaycan Prezidentinin 2015-ci ilin 24 iyul tarixli Sərəncamına əsasən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Bakıda keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılıb.

1news.az

Paylaş:
655

Son xəbərlər

Bütün xəbərlər