Azərbaycan və Lüksemburq Xarici İşlər nazirlikləri arasında məsləhətləşmələr keçirilib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan və Lüksemburq Xarici İşlər nazirlikləri arasında məsləhətləşmələr keçirilib

09:27 - 16 / 04 / 2016
Azərbaycan və Lüksemburq Xarici İşlər nazirlikləri arasında məsləhətləşmələr keçirilib

Lüksemburq şəhərində Azərbaycanın Xarici İşlər və Lüksemburqun Xarici və Avropa İşləri nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib.

Məsləhətləşmələr çərçivəsində Azərbaycanın xarici işlər nazirin müavini Xələf Xələfov Lüksemburq Xarici və Avropa İşləri Nazirliyinin baş katibi Mark Ungeheuer və Beynəlxalq iqtisadi əlaqələr və Avropa məsələləri üzrə direktoru Qaston Stronk ilə görüşlər keçirib.

Görüşlərdə qarşıdan gələn dövrdə iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin daha yüksək səviyyəyə qaldırılması imkanları müzakirə edilib, regional və beynəlxalq məsələlər üzrə geniş fikir mübadiləsi aparılıb.

Nazir müavini X.Xələfov Lüksemburqun Böyük Hersoqu Anrinin ötən il Bakıda keçirilmiş Birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək məqsədilə Azərbaycana etdiyi səfəri məmnunluqla xatırladıb, yüksək səviyyəli səfərlərin siyasi əlaqələrin inkişafına təkan verdiyini deyib və bunun gələcəkdə davam etdirilməsinin vacibliyini önə çəkib.

O, Azərbaycanın təşəbbüskarı və iştirakçısı olduğu beynəlxalq əhəmiyyətli enerji və nəqliyyat layihələri haqqında Lüksemburq tərəfinə ətraflı məlumat verib, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin reallaşdırılması sahəsində Lüksemburq investisiya fondlarının və şirkətlərinin cəlb edilməsi üçün geniş imkanların mövcudluğunu diqqətə çatdırıb.

Nazir müavini Ermənistan tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində son dövrlər Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində yaşanan hadisələr haqqında qarşı tərəfi ətraflı məlumatlandırıb və Azərbaycanın münaqişənin həlli yolları ilə bağlı mövqeyindən söhbət açıb.

Lüksemburq tərəfi keçirilən məsləhətləşmələri yüksək qiymətləndirib, həm siyasi, həm də iqtisadi sahədə əlaqələrin inkişafı üçün geniş perspektivlərin mövcudluğu qeyd edib. Lüksemburqun islam sərmayəçiliyi sahəsində dünyada ilk yeri tutan qeyri-müsəlman ölkəsi olduğunu diqqətə çatdırılıb, ölkənin yüksək inkişaf səviyyəsi əldə etdiyi investisiya fondları və informasiya texnologiyaları kimi sahələrdə əməkdaşlıq qurulmasını, habelə Lüksemburqun nəqliyyat və logistika sahəsində Avropada qabaqcıl təcrübəyə malik olduğunu nəzərə alaraq iki ölkə arasında yük daşımaları sahəsində qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi təklif edilib.

Bununla əlaqədar, göstərilən istiqamətlər üzrə tərəflər arasında təmasların davam etdirilməsi və qarşıdan gələn dövrdə hər iki ölkənin ixtisaslaşmış dövlət qurumlarının bu fəaliyyətə cəlb edilməsi təklif olunub.

Paylaş:
459

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər