Bakıda keçiriləcək Ümumdünya Şahmat Olimpiadası ilə bağlı viza prosedurları sadələşdirilir | 1news.az | Xəbərlər
Rəsmi

Bakıda keçiriləcək Ümumdünya Şahmat Olimpiadası ilə bağlı viza prosedurları sadələşdirilir

21:07 - 18 / 04 / 2016
Bakıda keçiriləcək Ümumdünya Şahmat Olimpiadası ilə bağlı viza prosedurları sadələşdirilir

Prezident İlham Əliyev Ümumdünya Şahmat Olimpiadasının təşkili və keçirilməsi ilə bağlı Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Müəyyən edilsin ki, Bakı şəhərində keçiriləcək Ümumdünya Şahmat Olimpiadası ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında yerləşən struktur bölmələrində viza ala bilərlər.

2. Aşağıdakı sənədlərdən biri viza verilməsi üçün əsas hesab edilsin:

2.1. Bakı Şahmat Olimpiadasının Əməliyyat Komitəsinin rəsmi dəvət məktubu;

2.2. Beynəlxalq Şahmat Federasiyasının (FİDE) müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən sənəd.

3. Bu Sərəncamın 2-ci hissəsində göstərilən sənədlərdən birinə malik olan şəxslər viza almaq üçün 2016-cı il avqustun 20-dən sentyabrın 20-dək müraciət edə bilərlər.

4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Ümumdünya Şahmat Olimpiadası ilə əlaqədar Azərbaycan Respublikasına gələcək şəxslərə Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza verilməsi işinin təşkili ilə bağlı maddi-texniki təminat və maliyyə məsələlərini həll etsinlər.

5. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi:

5.1. Ümumdünya Şahmat Olimpiadası ilə əlaqədar Azərbaycan Respublikasına gələcək şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə Beynəlxalq Şahmat Federasiyasına (FİDE), Beynəlxalq Mülki Aviasiya Təşkilatına (İCAO), Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasına (İATA) və xarici ölkələrin müvafiq orqanlarına məlumat versin;

5.2. Ümumdünya Şahmat Olimpiadası ilə əlaqədar Azərbaycan Respublikasına gələcək şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə məlumatın Nazirliyin, habelə Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin etsin.

6. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikasına uçuşlar həyata keçirən aviasiya şirkətlərinə Ümumdünya Şahmat Olimpiadası ilə əlaqədar Azərbaycan Respublikasına gələcək şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə məlumat versin”.

1news.az

 

Paylaş:
938

Son xəbərlər

DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənibBu gün, 11:53Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlarBu gün, 11:4431 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilibBu gün, 11:20Bu il icbari tibbi sığorta hesabına icra olunan diskektomiya əməliyyatının sayı açıqlanıbBu gün, 11:06AFFA nümayəndəsi “Mançester Siti”nin oyununa təyinat aldıBu gün, 10:32Azərbaycan və Braziliya arasında turizm əlaqələri müzakirə olunub - FOTOBu gün, 10:12Bu gündən bəzi məktəblərdə dərslər başlayıbBu gün, 09:41AMB günün valyuta məzənnəsini açıqladıBu gün, 09:20Paytaxt yollarında vəziyyət necədir? - NİİM açıqladıBu gün, 09:17Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24
Bütün xəbərlər